writer1

Nemət Mətin

Məqalə sayı

23
clock13:15 calendar-gray 02 May 2019 view-gray644 dəfə oxunub
view-gray644 dəfə oxunub

Şərif Ağayarın tələskən “Komandir”i

Nemət Mətin

Günəş gəzib yorulanda,

Sazın simi qırılanda.

Göydə qartal vurulanda,

Məni yada sal, ay dağlar...

Nə yaxşı ki, bu roman ərsəyə gəldi. Axır ki, bu romanı oxuduq. Nəhayət qəhrəmanımız haqqında bədii dili güclü olan yazıçı kitab yazdı. Bunu çoxdan gözləyirdim. Öz gücümüzə inanmağın vaxtıdır. Öz qəhrəmanlarımızla fəxr etmək lazımdır, vacibdir...

Şərif Ağayarı "Ağ göl" əsəri ilə tanıdım. Kənd ədəbiyyatından ali ədəbiyyata keçməyi bacarmışdı. Ayrıca yazı da yazmışdım. "Ədəbiyyat və kütlə" kitabında, elə Kulisin özündə də var. "Ağ göl" əsərində Şərif özüdür. Yazıçı özü olduğu əsərləri uğurlu olur. Amma ən çox "Arzulardan sonrakı şəhər" kitabında özüdür. Sadəcə olaraq müəllif yaxşı gizlənməyi bacarıb. Məsələn, Kənan Hacı əsərlərində gizlənə bilmir. Oxuyan kimi bilirsən ki, bunlar başına gəlib.

"Şəkil" hekayəsini sevmişdim. Sadə dildə yazılmış, müharibənin kölgəsində işıq saçan hekayə. "Arzulardan sonrakı şəhər" yazıçının pik nöqtəsidir. Amma hələ ki zirvədədir. Ola bilər dağın zirvəsinə gedən yolun ortasındadır, bilmək olmaz. Gözləyək. Bəlkə daha böyük əsərlər yazdı.

Bir dəfə yəhudi əsilli generaldan soruşurlar ki, müharibədə necə qalib gəlmək olar. O da cavabında deyir: "Əsl general əsgərlərin arxasında dayanaraq "hücuma" qışqırmalı deyil, ön hissədə yer alaraq "irəli" qışqırmalıdır." Raquf Orucov belə hərbiçi idi. Vətən oğlu Bakıya təyinat alsa da, Murovdağa gedərək düşmənlə üz-üzə dayanıb.

Image result for komandir romanı

“Sən qartalsan!” - ciddi-ciddi söylədi .

“Qartal daha uzağı görür. Deyilənə görə, bir kilometrdən siçanın hərəkətini izləyə bilir.”

“Amma yanındakı tələni görmür!”

“Tələnin nə dəxli var?”

“Var. Görməklə iş bitmir, gərək nəticə çıxarasan...

"Komandir" isə yazılmalıydı. Bədii təsvirlərsiz, təxəyyülsüz olsa da yazılmalıydı.

"Komandir" yazıçının vətəndaş vəsiqəsidir. Onunla hər yerdə "mən azərbaycanlıyam" deyə bilər. Təxəyyülsüz, bədii təsvirsiz desəm də, əslində onlar da var. Sadəcə Şərifin ədəbiyyat bazasına bələd olub deyirəm ki, işlənmələr azdır. Özü belə istəyib. Roman belə tələb edib. Bəzən roman özü yazıçını istiqamətləndirir. Olmuş hadisələrə suvaq çəkməyə ehtiyac yoxdur. Amma müəllif yenə də çəkib. Məsələn: evlər yananda komandir onlara baxmır. Düşünür ki, qoy əvvəl gördüyüm kimi qalsın yaddaşımda. Yaşıllıqlar, pəncərəli evlər, mərəzli ağaclar. İnsan necə təsəvvür edirsə, elə də görür, elə də yaşayır. Qəhrəmanın iç dünyasına baş vuran Şərif üçün romanı yazmaq heç də asan olmayıb . Əlbəttə, öz çətin günləri də gözünün önündən keçib. Qəhrəmanın yaxınları, qohumları, dostları ilə söhbət etdikcə onlardan xahiş edib ki, hər şeyi olduğu kimi danışsınlar. Hər bir detalı desinlər. Xırdalıqlar vacibdir. Xırdalıqlar gözəldir. Xırdalıqlar insanı insandan fərqləndirir.

"Cəsurluq qorxu hissinin olmaması yox, insan iradəsinə tabe edilməsidir."

Lev Tolstoy "Hərb və sülh" əsərini yazmaq üçün Stendalın "Parma monastrı" əsərini oxumalıydı. Bəs, görəsən Şərif hansı əsərləri oxuyub ki, müharibəni, qəhrəmanlığı, cəsarəti, gücü belə dərin təsvir edib? Özü cavablandırsa, xəbərdar olardıq.

Şərif qəhrəmanı, qəhrəmanlığı, müharibəni, düşmən üzərində qələbəni pafoslu şəkildə təqdim etmir. Bir çox müharibə janrında yazılmış və çəkilmiş filmlərdə, kitablarda qəhrəman pafoslu, səhvsiz, ideal obraz kimi təqdim olunur. Şərif isə Raquf Orucovu oxucuya səhvləri ilə sevdirməyi bacarıb. Onu olduğu kimi göstərib. Pişik öldürməyindən qorxmasını, qardaşına futbolda təpik vurmasını, dostları və silahdaşları ilə zarafatlarını yazmaqla əsəri bayağılıqdan qoruyub.

Əsərdə nə xoşuma gəlmədi? Birinci ondan başlayım ki, roman tez-tələsik yazılıb. Romandan daha çox bioqrafik roman təsiri bağışlayır. İkinci məqam, ağır səhnələrin ağırlığını daha dolğun göstərmək olardı. Ananın ölümü mənə təsir etmədi. Oxucu o hissədə ağlamalıdır. Üçüncüsü, rus sözlərindən istifadə edildiyi yerlərdə mötərizə açaraq Azərbaycan dilində tərcüməsi verilməliydi. Mən bilirəm, Əli bilir, Vəli isə rusca bilmir. Sonunda bunları birləşdirib, ümumiləşdirib, yığcamlaşdırıb demək olar ki, əsərin təsir gücünün aşağı olması saydıqlarım amillərdən qaynaqlanır.

Və nəhayət. Bütün yazdıqlarıma baxmayaraq, əsər Azərbaycan oxucusunu düzgün tərəfə yönəldir. Nihilist, kosmopolit, anarxist fikirləri heç vaxt anlamamışam. R.Taqorun sözü olmasın, vətən həm də insandır. Yəni sən təkcə qazanılmış, itirilmiş torpaqları saymamaqla bitmir. İnsanların birliyini, gücünü, xarakterini nəzərə almalısan.

F.Dostoyevskini müharibə eşqinə görə qınasaq da, başqa tərəfdən baxanda belə bir fikir söyləmək olar ki, insan mübarizə aparmaq üçün həyata gəlib. Təkcə özü ilə yox, eyni zamanda bütün şər qüvvələrə qarşı döyüşmək üçün.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Vəfa Fətullayevaya tapılmayan qəbir yeri – 32 illik matəm yazısı
21:00 21 May 2019
Rəsul Rza mükafatı təqdim olundu
18:25 21 May 2019
Varis “Puşkin medalı” ilə təltif olunacaq
17:32 21 May 2019
Bəstəkar Oqtay Kazıminin mahnılarından ibarət konsert olacaq
17:03 21 May 2019
Məşhurlar öz gəncliyi ilə... - Fotolar
16:48 21 May 2019
Onlara 898 min manat məbləğində Prezident mükafatı verilib
16:05 21 May 2019
Milli kinofestival təsis olundu
15:45 21 May 2019
Kventin Tarantino tamaşaçılara məktub yazıb -Mətn
15:11 21 May 2019
Qəşəm Nəcəfzadənin 60 illiyi qeyd olunub
14:22 21 May 2019
Gənc yazar AYB-ni hədələdi: “Əlimdə dəhşətli faktlar var...”
13:45 21 May 2019
Bakıdakı auksionda ən böyük məbləğ bu oldu - Siyahı
13:28 21 May 2019
Orxan Pamukun əsəri Bakıda tamaşaya qoyulub
13:01 21 May 2019
Yuxularda gəzən qızlar - Ramiz Rövşəndən oxumadığınız şeirlər
12:40 21 May 2019
Gənc yazarı AYB-dən qovurlar – Sensasiya
12:19 21 May 2019
Anar Salam Sarvana cavab verdi: “Belə ağıllıdırsa...”
12:04 21 May 2019
Azərbaycan və Türkiyə komikləri bir filmdə
11:47 21 May 2019
“Yazıçılar Birliyi dövlətin ayırdığı pulları havaya sovurur” – Salam Sarvandan qalmaqallı müsahibə
11:32 21 May 2019
Falçının cadu ilə ərə verdiyi biznesmen
11:02 21 May 2019
“Komandir” romanının növbəti təqdimatı olacaq
10:29 21 May 2019
Jurnalisti Kann festivalına buraxmayıblar
10:15 21 May 2019