IV Buktreyler Festivalının münsif heyəti işini başa çatdırıb

IV Buktreyler Festivalının münsif heyəti işini başa çatdırıb
19 aprel 2019
# 15:51

IV Buktreyler Festivalının münsiflər heyəti öz işini başa çatdırıb.

Buktreyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli bu barədə məlumat verib: “Artıq Münsiflər Heyətinin üzvləri səsverməni başa çatdırıblar. Hazırda təşkilat komitəsi balların cəmlənməsi ilə məşğuldur. İctimaiyyətə məlumdur ki, festivalın nəticələrinin obyektivliyinin qorumaq məqsədilə onların adı yalnız səsvermədən sonra açıqlanır. Odur ki, artıq festivalın saytında münsiflər heyətinin tərkibi açıqlanıb. Obyektivliyi qorumaq məqsədilə münsiflər heyətinin üzvlərinin adları səsvermədən sonra açıqlanır, onların adları artıq festivalın saytında qeyd edilib. Həmçinin, onu da qeyd etmək istəyirəm ki, münsiflər heyəti səsverməni birlikdə toplaşaraq deyil, ayrı-ayrılıqda, yəni, bir-birlərindən xəbərsiz səs verməklə həyata keçiriblər ki, bu da nəticələrin daha da obyektiv olmasını təmin edir. Hər bir iştirakçıya uğurlar arzulayıram”.

IV Buktreyler Festivalının münsiflər heyətinə Şeyx Əbdül (kinorejissor, ssenarist və aktyor, Xalq artist), Orxan Fikrətoğlu (Yazıçı, ssenarist, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi), Gülzar Qurbanova (Teatr və kino aktrisası, Azərbaycanın Əməkdar artisti), Məlahət Abbasova (Aktrisa, Əməkdar artist), Günel Anarqızı (yazıçı, publisist və jurnalist, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü), Ruslan Sabirli (kinoaktyor, prodüser, Bukteyler Festivalının təsisçisi və direktoru) daxildir.

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən videoçarx və ya treylerdir.

“Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalın təşkilati dəstəkçiləri Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azərcell şirkətidir. Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki elanlarından əldə etmək mümkündür./azertag.az/

# 1705 dəfə oxunub

Oxşar xəbərlər

Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
“Nəşrlərin satın alınması müsabiqəsi”  elan edildi

“Nəşrlərin satın alınması müsabiqəsi” elan edildi

15:30 18 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

15:00 18 aprel 2024
Azərbaycan baleti İtaliya səhnəsində

Azərbaycan baleti İtaliya səhnəsində

14:20 18 aprel 2024
"Avroviziya" mahnımız yeni versiyada - Video

"Avroviziya" mahnımız yeni versiyada - Video

13:30 18 aprel 2024
#
#
# # #