news-inner
clock12:46 calendar-gray19 Aprel 2019 view-gray671 dəfə oxunub

İlbər Ortaylı: “Sizin muğamlarınızla böyümüşəm” – Müsahibə

Türkiyəli professor İlbər Ortaylının ONA -ya müsahibəsi

- İlbər bəy, Azərbaycana xoş gəlmisiniz. Yəqin özünüz də hiss edirsiniz, kənardan da aydın müşahidə olunur ki, ölkəmizə hər gəlişinizdə böyük sevgi və coşqu ilə qarşılanırsınız. Bu cür münasibət sizə təəccüblü gəlmir ki? Sizcə, bunun səbəbi nədir?

- Xeyr, təəccüblü deyil. Azərbaycan mənim üçün önəmli yerdir. Mən Azərbaycanı çox sevirəm. Yəqin ona görə də hər gəlişimdə insanlardan böyük sevgi və maraq görürəm. 20 yaşımda Azərbaycan tarixini oxuyurdum, Sabiri oxuyurdum. Mən gəncliyimdə buradakı xalq musiqisi ilə, muğamlarla böyüdüm, Türkiyədəki xalq musiqisini dinləmədim.

Professor İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik” - MÜSAHİBƏ

- Türklərin Ön Asiyaya – Azərbaycan, İran və Anadoluya nə zaman gəlməsi hər zaman müzakirə mövzusudur. İstər Azərbaycan, istər Türkiyə, istərsə də dünya tarixşünaslığında bununla bağlı mübahisələr hələ də davam edir. Sizin bu məsələ ilə bağlı fikriniz nədən ibarətdir?

- Türklər buradan keçib Anadoluya gediblər. Bu, çox aydın məsələdir. Azərbaycanda Oğuz ləhcəsində danışırlar, biz də Oğuz ləhcəsində danışırıq. Özü də türklərin buradan keçməsi çox qədim dövrdə olmayıb, yaxın tarixdə keçdilər.

- Səlcuqlar zamanında?

- Bəli. Biz Anadolu Səlcuqlarıyıq. Bura isə Böyük Səlcuqlara aiddir.

- Ortaq türk tarixinin necə yazılması ilə bağlı sizin fikrinizi bilmək istərdik...

- Ortaq türk tarixi rəqabətdən ibarətdir. Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər, Qacarlar dövründə Osmanlı ilə aralarında rəqabət yaşanıb. Xüsusən də Səfəvilərlə Osmanlılar arasında Avropa miqyasında rəqabət olub. Çünki bunlar iki iddialı dövlət idilər. Hətta ittifaqları belə fərqli, bir-birinə qarşı idi, bu da normaldır. Bu iki dövlətin ikisi də türkcə danışırdı. Ağqoyunlu və Qaraqoyunlu dövründə bəzən türkcə yazışmalar aparılırdı, amma yazılarda fars dilindən istifadə olunurdu. Bizdə isə yazışmalar türkcə aparılırdı. Amma bununla yanaşı, Osmanlıda da farsca bilirdilər, Yavuz Sultan Səlim İsmayıl qədər farsca bilirdi. Yəni biz də burdakılar qədər fars ədəbiyyatını bilirdik. Sonradan bizim fars dili ilə əlaqəmiz kəsildi, İran Azərbaycanında isə qaldı. Zatən hazırda fars mədəniyyətini də onlar daşıyır, sayları da çoxdur, xeyli alimləri də var. Sərhədlər bəzi şeyləri bölür deyə, Azərbaycanda fars dilini bilənlər azalıb, amma fars dili mütəxəssisləri çoxdur. Bizdə də azalmışdı, hazırda artıb. İran bizdən əskilməz. İran mədəniyyəti bizim üçün Antik Yunan mədəniyyəti kimidir. Bizdə İran mədəniyyəti həmişə olub.

- Türk xanədanları arasındakı ixtilaflar gənc nəslə necə təqdim olunmalıdır?

- Onların ixtilafları gənc nəslə heç bir şəkildə təsir etməz və etməməlidir də. Hər halda, Sultan Səlim Yavuzla Şah İsmayıl kimi dava edəsi deyilik. Gedirik-gəlirik, bura Anadoludan gələn tələbələrlə doludur, bizim oralar da buradan gedən tələbələrlə doludur. Hətta Kipr (Şimali Kipr nəzərdə tutulur – red.) universitetlərində nə qədər azərbaycanlı tələbə təhsil alır, Kiprin burada nümayəndəliyi də açılıb. Bu əlaqələr son illərdə daha çox artıb və bu, məni çox sevindirir.

news-inner-user
Cavid İsmayıl

9 məqalə

Paylaş

REKLAM

Oxşar xəbərlər

Xəbər lenti

Vəfa Fətullayevaya tapılmayan qəbir yeri – 32 illik matəm yazısı
21:00 21 May 2019
Rəsul Rza mükafatı təqdim olundu
18:25 21 May 2019
Varis “Puşkin medalı” ilə təltif olunacaq
17:32 21 May 2019
Bəstəkar Oqtay Kazıminin mahnılarından ibarət konsert olacaq
17:03 21 May 2019
Məşhurlar öz gəncliyi ilə... - Fotolar
16:48 21 May 2019
Onlara 898 min manat məbləğində Prezident mükafatı verilib
16:05 21 May 2019
Milli kinofestival təsis olundu
15:45 21 May 2019
Kventin Tarantino tamaşaçılara məktub yazıb -Mətn
15:11 21 May 2019
Qəşəm Nəcəfzadənin 60 illiyi qeyd olunub
14:22 21 May 2019
Gənc yazar AYB-ni hədələdi: “Əlimdə dəhşətli faktlar var...”
13:45 21 May 2019
Bakıdakı auksionda ən böyük məbləğ bu oldu - Siyahı
13:28 21 May 2019
Orxan Pamukun əsəri Bakıda tamaşaya qoyulub
13:01 21 May 2019
Yuxularda gəzən qızlar - Ramiz Rövşəndən oxumadığınız şeirlər
12:40 21 May 2019
Gənc yazarı AYB-dən qovurlar – Sensasiya
12:19 21 May 2019
Anar Salam Sarvana cavab verdi: “Belə ağıllıdırsa...”
12:04 21 May 2019
Azərbaycan və Türkiyə komikləri bir filmdə
11:47 21 May 2019
“Yazıçılar Birliyi dövlətin ayırdığı pulları havaya sovurur” – Salam Sarvandan qalmaqallı müsahibə
11:32 21 May 2019
Falçının cadu ilə ərə verdiyi biznesmen
11:02 21 May 2019
“Komandir” romanının növbəti təqdimatı olacaq
10:29 21 May 2019
Jurnalisti Kann festivalına buraxmayıblar
10:15 21 May 2019