writer1

Aliyə

Məqalə sayı

958
clock14:30 calendar-gray 17 Aprel 2019 view-gray1275 dəfə oxunub
view-gray1275 dəfə oxunub

Elinanı hansı dildə öldürdülər?

“Qəbrimin üstünə gəlməyin, məni sağ olanda çox istəyərdiniz. Öləndən sonra məni istəməyiniz lazım deyil. Mən sizə lazım deyildim, qəbrimin üstünə gəlməyin.”

Bu, ötən həftə intihar etmiş 14 yaşlı məktəbli Elinanın son ismarıcıdır. Yazmaya da bilərdi. İntihar edənlərin çoxu sözünü elə intiharı ilə deyir. Elinasa yazıb ki, bilək; laqeydlikdən, sevgisizlikdən, diqqətsizlikdən, amansızlıqdan ölmək necə olur. Bilək ki, bir adamı ayırıb qaralayanda yaşamaq dözülməzmiş.

Elina heç kimə güvənməyib, ədalət, anlayış gözləməyib, bəri başdan ətrafında olan hər kəsi cəhənnəmə vasil edib - vicdanı varsa qovrulsun, istəyib. O da amansızlıq öyrənib bu qaralama oyunundan. Ağıllı və amansız olub Elina. Həm də diqqətli olub – üç cümləlik qeyd buraxıb sağ qalanlara.

Və hər şey bu qədər açıq ikən, ağıllı adamlar daha "ağıllı" düşünüb problemin kökünü tapıblar: rus bölməsinin uşaqlarının sərhədsiz sərbəstliyi! Bu məktəblilərin və bilmədiyimiz başqalarının Elinanı qaralama səbəbinə də oxşayır.

Ya vəlvələdən, ya zəlzələdən, bir fikirlə məsələ rəngini dəyişib - Azərbaycan və rus bölməsinin üstünlükləri mövzusuna çevrilib: komplekslər oyanıb, ümumiləşdirmələr başlayıb, müşahidələr dilə gəlib. Rusdillilər müdafiə postları paylaşıblar.

Əlbəttə, bu cəbhəyə bölünmək də birdən yaranmır. Dil ciddi amildir.

Zamanla eyni problemlərlə yaşayan adamlar yalnızca dil fərqinə görə hadisələrə başqa cür yanaşa bilir. Məsələn, tutaq ki, ölkədə xeyli azərbaycandilli dərdlər var ki, onlar bəzən rusdillilərə çatmır. Onlar hermetik-utopik bir mühitdə yaşayırlar. Eyni zamanda, xeyli məsələlər də var ki, onlar dil baryeri üzündən azərbaycandillilərə aydın deyil. Yəni, ölkəyə, baş verənlərə laqeyd bir rusdilli varsa, məsələlərə daha geniş rakursdan bəşəri prinsiplə baxanı da var. Dil geniş imkan deməkdir. Az dil bilmək məhdudluqdur. Həm də bizdə - nə qədər vacib kitabların azərbaycancaya tərcümə olunmadığı ölkədə.

Amma bəzən nə qədər dil bilsən də köməyinə çatmır. Səni insan kimi görmürlərsə, duymurlarsa, anlaşılmaz dildə danışan birisən.

Ona görə də insana insan kimi yanaşılmayan yerdə alternativ dillər ortaya çıxır: Rüşvət dili. Hörmət dili. Minnət dili. Nökər dili...

Və... Lal dili...

Dostlarımdan biri belə bir əhvalat danışmışdı: uşaq imiş, futbol oynayanda yoldaşları onu ağladır, topa ayağının toxunmasına belə imkan vermirlərmiş. Hamıdan cılız və balaca olan bu uşaq topun dalınca ora-bura çovuyur, lap ayağını topa dəydirəcək anda bic dostları gülüşüb topu bir-birinə ötürürmüş. Uşaq ağlaya-ağlaya top sevdası ilə dostların namərdliyi arasında yüyürəndə oyunu izləyən lal kişi əsəbiləşib. Hirs dilində səslər çıxara-çıxara yüyürüb topu alıb verib dostuma. Lal dilində “oyna” deyib, böyükləri topa toxunmağa qoymayıb. Çəkilib kənara, topu ədaləti bulmuş kimi qovalayıb dostlarına ötürən oğlana, dostlarına, yaşıl oyun meydançasına baxıb və ağlayıb...

Hər dil gözəldir, amma insanı duyursa, lalın dilindən gözəli yoxdur!

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Vəfa Fətullayevaya tapılmayan qəbir yeri – 32 illik matəm yazısı
21:00 21 May 2019
Rəsul Rza mükafatı təqdim olundu
18:25 21 May 2019
Varis “Puşkin medalı” ilə təltif olunacaq
17:32 21 May 2019
Bəstəkar Oqtay Kazıminin mahnılarından ibarət konsert olacaq
17:03 21 May 2019
Məşhurlar öz gəncliyi ilə... - Fotolar
16:48 21 May 2019
Onlara 898 min manat məbləğində Prezident mükafatı verilib
16:05 21 May 2019
Milli kinofestival təsis olundu
15:45 21 May 2019
Kventin Tarantino tamaşaçılara məktub yazıb -Mətn
15:11 21 May 2019
Qəşəm Nəcəfzadənin 60 illiyi qeyd olunub
14:22 21 May 2019
Gənc yazar AYB-ni hədələdi: “Əlimdə dəhşətli faktlar var...”
13:45 21 May 2019
Bakıdakı auksionda ən böyük məbləğ bu oldu - Siyahı
13:28 21 May 2019
Orxan Pamukun əsəri Bakıda tamaşaya qoyulub
13:01 21 May 2019
Yuxularda gəzən qızlar - Ramiz Rövşəndən oxumadığınız şeirlər
12:40 21 May 2019
Gənc yazarı AYB-dən qovurlar – Sensasiya
12:19 21 May 2019
Anar Salam Sarvana cavab verdi: “Belə ağıllıdırsa...”
12:04 21 May 2019
Azərbaycan və Türkiyə komikləri bir filmdə
11:47 21 May 2019
“Yazıçılar Birliyi dövlətin ayırdığı pulları havaya sovurur” – Salam Sarvandan qalmaqallı müsahibə
11:32 21 May 2019
Falçının cadu ilə ərə verdiyi biznesmen
11:02 21 May 2019
“Komandir” romanının növbəti təqdimatı olacaq
10:29 21 May 2019
Jurnalisti Kann festivalına buraxmayıblar
10:15 21 May 2019