“Paris Notr-Dam kilsəsi” əsərinin dünyada satışı yüksəlib – Bəs bizdə?

“Paris Notr-Dam kilsəsi” əsərinin dünyada satışı yüksəlib – <span style="color:red;">Bəs bizdə?
17 aprel 2019
# 13:03

Xəbər verdiyimiz kimi, Notr-Dam kilsəsində baş verən yanğından sonra fransız yazıçı Viktor Hüqonun məşhur “Notr-Dam-de-Paris” əsərinin dünya üzrə satışı artıb.

Hətta kitab “Amazon” saytında 10 ən populyar kitab siyahısına daxil olub.

Bəs Azərbaycanda vəziyyət necədir?

Sualı ən məşhur kitab mağazalarına ünvanladıq.

Image result for libraff

“LİBRAFF” mağazalar şəbəkəsindən bildirdilər ki, burada kitabın Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsi yoxdur. Yalnız rus və türk dillərində var. Məlum hadisə ağır templə satılan kitabların satışına təsir etməyib

Image result for Qanun nəşrlər evi

Qanun Nəşrlər Evində vəziyyət bir balaca fərqlidir. “Paris Nort-Dam” kilsəsi əsəri ən çox satılan klassiklər içərisindədir. Kilsədə baş verən yanğından əvvəl kitabın tirajı bitib, yenidən çap eləməyi planlaşdırırlar.

Image result for kitabevim.az

Kitabevim.az-da orta templə satılan kitabın satışı son günlər artmayıb.

Kitab Klubundan bidirdilər ki, adı gedən əsər ölkə başçısının sərəncamı ilə çap olunan 150 cildlik dünya ədəbiyyatı seriyasına daxildir. 1500-ə qədər abunəçisi olan həmin sriyada Viktor Hüqo maraq doğuran müəlliflərdən sayılır. Konkret o əsərə gəldikdə, bunu hesablamaü mümkün deyil. Çünki “Paris Notr-Dam kilsəsi” Hüqonun üçcildliynə daxildir və üçüncü cildin yarısında yerləşdirilib. Üç cildin iki kitab yarımı “Səfillər” romanıdır. Kitab Klubunda Viktor Hüqoya fərdi müraciət çox deyil.

Image result for Azərkitab

"Azərkitab" kitab mağazasında vəziyyət ümumiyyətlə dəyişməyib: əsər bir nüsxə də olsun satılmayıb.

Image result for Əli və Nino kitab mağzası

“Əli və Nino” Mağzalar Şəbəkəsinin rəsmi saytında yerləşdirilən telefon nömrələrinin heç biri cavab vermədi.

# 2170 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #