Məktəblilərimiz beynəlxalq festivalda

Məktəblilərimiz beynəlxalq festivalda
17 aprel 2019
# 11:51

Aprelin 15-də Türkiyənin Kayseri Böyükşəhər Bələdiyəsi tərəfindən təşkil edilən və bu il 14-cü dəfə keçirilən Beynəlxalq Məktəblərarası Teatr festivalının açılış mərasimi baş tutdu.

Festival ilk olaraq iştirakçıların meydana yürüşü ilə başladı. Kayserinin mərkəzi küçələrində baş tutan yürüşün sonunda Kayseri Böyükşəhər Bələdiyyə başqanı Memduh Büyükkılıç festivalda iştirak edən xarici ölkələrin nümayəndələri ilə görüşdü.

Görüşdə ölkəmizi layihənin Azərbaycan üzrə rəhbəri və tərtibatçısı, rəssam-dekoratoru tanınmış rəssam Günay Mehdizadənin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriya təkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası təmsil edirdi.

Memduh Büyükkılıç incəsənətə, teatra böyük maraq göstərdiyini, bir ölkənin tanınması üçün onun mədəni həyatına baş vurmağın vacibliyini qeyd etdi. Sonra sözü Günay Mehdizadəyə verən Memduh Büyükkılıç Azərbaycanla Türkiyənin bir millət iki dövlət olduğunu və hər zaman Azərbaycanı doğma ölkə hesab etdiklərini vurğuladı.

G.Mehdizadə çıxışında belə bir festivalda olmaqdan məmnunluq hissi duyduğunu qeyd edərək belə mötəbər layihənin bir parçası olmağın vacibliyindən danışdı. Onun çıxışı böyük maraqla qarşılandı.

Layihənin kuratoru, Gimnaziyanın rəhbəri Aytən Əhmədova da çıxışında Kayseridə özlərini evdəki kimi hiss etdiklərini bildirdi və xüsusi diqqətə görə bələdiyyə başqanına təşəkkür etdi.

Festivalda iştirakına görə Memduh Böyükkılıç Günay Mehdizadəyə “Təşəkkürnamə” və hədiyyələr təqdim etd

# 2023 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
#
#
# # #