Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi qeyd ediləcək

Aprelin 18-də Abdulla Şaiqin mənzil muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

 

Muzeydən bildirilib ki, tədbir Prezident İlham Əliyevin görkəmli ədibin yubileyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq Mədəniyyət Nazirliyinin hazırladığı tədbirlər planına əsasən təşkil olunacaq.

 

Tədbirdə yazıçının həyat və yaradıcılığı ilə bağlı məruzələr dinləniləcək, videoçarx nümayiş olunacaq, şah əsəri olan “Dəli Kür” romanı əsasında hazırlanmış kiçik tamaşa təqdim ediləcək.

 

LENT

21 Aprel 2019
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019