Azərbaycanlı rejissor Qazaxıstanda tamaşa hazırlayır

Azərbaycanlı rejissor Mikayıl Mikayılov Qazaxıstanda tamaşa hazırlayır.

 

Kulis.az-ın rejissordan aldığı xəbərə görə, Karaqanda Rus Dram Teatrında hazırlanan tamaşa F.M.Dostoyevskinin “Dayımın yuxusu” povesti əsasında səhnələşdirilib.  “Dostoyevski FM: Mordasovun xronikaları” adlanan tamaşa “iki hissəli skandal-karnaval” kimi təqdim olunur.

 

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir. Rolları Denis Çvetkov, Qalina Turçina, Oksana İqnatenko, Anna Abuzarova, Alyena Volox, Pavel Kondratyev, Valentina Şmatenko, Svetlana Potyemkina, Nina Kruçevic, Yuliya Ulıbışeva ifa edirlər. Tamaşanın premyerası 20-21 apreldə baş tutacaq.

 

LENT

21 Aprel 2019
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019