Sən ağ göyərçin ol - Elinanın xatirəsinə

Elnur Tunc

 

Elinanın xatirəsinə

 

Böyüyəndə müəllimmi olmaq istəyirsən

yoxsa həkim?

Bunları səndən kim soruşdu ki?

Heç kim.

Bəlkə ana olub balana

özün görmədiyin nəvazişi verəcəkdin.

 

Sən nə ana ol

Nə müəllim

Nə həkim

 

Analar var uşağının göz yaşına baxmadan

uzaqda xoşbəxtlik axtarmağa gedir.

 

Ağzı qanlı həkimlər var

uşaqları parçalayıb yeyir

Serial xəstəsi müəllimələr

çox həvəslidirlər

sənin can verməyinə baxmağa

 

Yox sən ağ göyərçin ol

Uç göylərə

uç məktəb olmalı yerin pəncərəsindən

uç, qaç yırtıcıların pəncəsindən

 

LENT

21 Aprel 2019
20 Aprel 2019
19 Aprel 2019
18 Aprel 2019
17 Aprel 2019