Atatürkü “təhqir edən”, ölkədən qaçarkən öldürülən məşhur yazıçı – Həyat Hekayəti

Atatürkü “təhqir edən”, ölkədən qaçarkən öldürülən məşhur yazıçı – Həyat Hekayəti
2 aprel 2019
# 21:00

Bu gün türkiyəli yazıçı Səbahəddin Əlinin anım günüdür. Kulis.az Sonuncu Orxanın "Səbahəddin Əlinin sirli ölümü" yazısını təqdim edir.

Səbahəddin Əli artıq 71 ildir yoxdur.

Çalıb-çapmadan yaşamaq, bu qədər çətin, hətta bu qədər təhlükəli olmalı idimi?

Bütün cinayətlərdə Səbahəddin Əlinin qatillərinin izi var.

Image result for sabahattin ali

Sabahattin Əli 71 il əvvəl öldürülüb. 41 illik həyatı boyunca yazdığı hekayələr, romanlar və şeirlərlə Türkiyə ədəbiyyatının ən böyük simalarından birinə çevrilə bilmişdi.

Çap olunan kitabları, yazıları, dərgiləri səbəbindən, həbsxanalar, istintaqlar, məhkəmə işləri ilə keçən həyatı üçün Səbahəddin Əli bunları demişdi:

“Bugünkü “hörmətli” adamlar kimi torbamızı doldurmamışıq, vəzifə arxasıyca qaçmamışıq. Banklara pul qoymaq, mal-mülk sahibi olmaq, milləti soyub-talamaq kimi işlərimiz olmayıb. Bütün davalarımızda özümüz üçün nəsə istəməmişik. Ancaq və ancaq bu yurdun bütün yükünü çiyinlərində daşıyan milyonlarla insanın dərdinə dərman ola biləcək yolları axtarıb-tapmaq istəmişik.

Image result for sabahattin ali

Necə bir günah iş görmüşük məgər! Hardasa, yoldan keçəndə səfil uşaqlar arxamızca bağıracaqlar: “O xaini görürsünüz?! Əlləşib-vuruşur ki, namuslu qalsın və o bizim ahəngimizi pozur”.

Oğurlamadan, bizə çörək verənləri ac, əynimizi geyindirənləri paltarsız qoymadan yaşamaq bu qədər çətin, minnətli, təhlükəli olmalı idimi?”

Hardasa 80 il əvvəl yazılmış bu sətirlərə baxıb, aradan 80 il keçdiyinə inana bilirsiniz?!

Səbahəddin Əli yüzbaşı Əli Səlahəddin ilə Hüsniyyə xanımın ilk övladlarıdır. 25 fevral 1907-ci ildə Gümilcənin İğridere (Ardino) kəndində anadan olub. İbtidai sinifi Üsküdardakı Füyuzatı-Osmaniyə ilə Çanaqqala İbtidai Məktəbində oxuyub. Daha sonra Balıkəsir Müəllim Məktəbi və İstanbul Kişi Müəllim Məktəbində təhsilini davam etdirib və buranı 1927-ci ildə bitirib. 1928-ci ildə dövlət xətti ilə Almaniyaya təhsil almaq üçün göndərilib.

Related image

Nazim Hikmətlə tanışlıq və “Aldırma, könül, aldırma”

1930-cu illərdə Türkiyəyə qayıdır və o vaxtlar nəşr olunan “Rəsimli Ay” dərgisində Nazim Hikmətlə tanış olur. Aydın Məktəbində Alman dili müəllimi işlədiyi vaxt “hökumətə qarşı təbliğat” iddiasıyla həbs olunur, amma çox keçmədən, 3 ay sonra sərbəst buraxılır.

1932-ci ildə “Atatürkü təhqir etməsi” səbəbi ilə Konya Məhkəməsi tərəfindən həbs olunur. 12 aylıq cəzası apelyasiya şikayətindən sonra 14 aya qədər artırılır. Təxminən 5 ay sonra, Sinop Həbsxanasına köçürülür. Böyük maraq oyadan, ən tanınmış şeiri -“Aldırma, könül, aldırma”nı burada, beş hissədən ibarət “Həbsxana şərqisi” silsiləsinin beşinci şeiri olaraq yazır.

İllər sonra bəstələnən “Melanxoliya” Nükhet Durunun, “Mənim məskənim dağlardır” şeiri də Sezen Aksunun ifasında milyonların qəlbinə yol tapa bilir.

Image result for sabahattin ali

“Düşüncələrini dəyişdirsən məmur ola bilərsən”

Cümhuriyyətin 10-cu ildönümündə çıxarılan əfv sərəncamından yararlanaraq cəzasının bitməsinə bir neçə ay qalmış azadlığa qovuşur. Ancaq ona “köhnə düşüncələrini dəyişdirdiyini sübut etmək” şərtiylə məmur ola biləcəyi deyilmişdi. 1934-cü ilin yanvarın 15-də Atatürkə xitabən yazdığı “Mənim sevgim” şeiri “Varlıq” jurnalında çap olunur. Elə həmin il Təhsil Nazirliyi Təlim-Tərbiyə İdarəsində işlə təmin olunur.

1935-ci ildə Aliyə xanımla evlənir və Təhsil Nazirliyinin nəşriyyat işlərinə rəhbər təyin olunur. 1937-ci ildə Filiz adlı qızı dünyaya gəlir. Daha sonra əsgərliyə gedir və xidmətini leytenant kimi başa vurur. O dönəmlərdə yaradılan Dövlət Konservatoriyasına təyin olunur və burada Carl Ebertin tərcüməçisi, müəllim və dramaturq kimi çalışır.

Image result for sabahattin ali

“Marko Paşa”, “Merhum Paşa”, “Malum Paşa” və yükdaşıyan!

1945-ci ildə Cami Baykurtla “Yeni dünya” qəzetini, 1946-cı ildə isə Əziz Nesinlə birlikdə “Marko Paşa”nı nəşr etdirir. “Marko Paşa”dakı yazılarda Cemil Sait Barlas ve Falih Rıfkı Atayın təhqir olunması iddiası ortaya atılır və üst-üstə 7 ay həbs cəzasına məhkum edilir.

Hökumət tərəfindən fəaliyyəti dayandırılan “Marko Paşa”nı daha sonra “Merhum Paşa”, “Malum Paşa” və “Ali Baba” adlarıyla yaşatmağa çalışır. 1946-47-ci illərdəki yazıları onu təzədən məhkəmənin hədəfinə çevirir, həbs olunur.

1948-ci ildə Məhmət Əli Aybarla (Türkiyə İşçi Partiyasının lideri) birgə nəşr etdirdiyi “Zəncirli Azadlıq”da yazdığı bir yazıya görə təzədən sorğu-suala tutulur. Hər şeydən bezən Səbahəddin Əli yükdaşıyan maşınla sürücülük etməyə başlayır və Türkiyədən qaçmağa qərar verir. 1948-ci ildə Kırklareli bölgəsi tərəfdən ölkədən qaçmağa cəhd göstərsə də alınmır. 1948-ci ilin iyun ayının 16-da cəsədi Kırklarelinin Sazara kəndi yaxınlığında aşkarlanır. Cinayət bir neçə aydan sonra cəmiyyətə açıqlanır. Qatilinin Əli Ertekin adlı birisi olduğu bildirilir.

Related image

Sabiq hərbçi və müxbir: Milli duyğularla öldürdüm.

Bəs Əli Ertekin kimdir?

“Silah oğurluğu” iddiasıyla ordudan xaric edilən bir zabit. Ordudan xaric olandan sonra bir müddət inşaat işlərində çalışıb və sonrakı işi barəsində görün nələr deyir: “Sonra Polis orqanlarında mənə vəzifə verildi”.

Ertekin “Səbahəddin Əli hadisəsi” kitabının müəllifi Kamal Bayram Çukurkavaklıya Polis orqanları tərəfindən ona verilən vəzifəsinin “Sultanahmetdəki kommunistlərlə dostluq münasibəti qurmaq” olduğunu deyir.

Səbahəddin Əlinin qatilinə 4 il həbs cəzası verilir. Amma Ertekin 4 il həbsdə qalırmı? Xeyr. Həmin il çıxarılan əfv sərəncamıyla sərbəst buraxılır.

Səbahəddin Əlinin günahı isə “kəşfiyyat orqanları ilə əlbir olmaq” imiş sən demə. Və onu mühakimə edən hakim Yalçın Küçük sonralar Ərgənəkon davasında mühakimə olunur.

Həbslər, istintaqlarla keçən 41 illik ömrünə iki şeir kitabı ( Dağlar və Külək, Qurbağanın Serenadası) beş hekayə kitabı (Dəyirman, Kağnı, Səs, Yeni Dünya, Sırça Köşk), üç roman ( Kuyucaklı Yusuf, İçimizdəki Şeytan, Xəz paltolu Madonna) və beş tərcümə əsəri sığışdıra bilmişdi Səbahəddin Əli.

# 12091 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #