Gürcü teatrı Bakıda tamaşa göstərəcək

Gürcü teatrı Bakıda tamaşa göstərəcək
3 aprel 2019
# 13:43

Aprelin 5-i saat 19:00-da Akademik Milli Dram Teatrında “Medeya Evripidə qarşı” tamaşası təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Gürcüstanın Mesxeti (Axalçixi) Peşəkar Dövlət Dram Teatrında Janri Kaşianın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın rejissoru Georgi Şalutaşvilidir.

Tamaşanın səhnəqrafiya işi Lela Peradzeyə, geyim üzrə rəssam işi Nana Koranaşviliyə, xoreoqrafiya Tamta Tavdişviliyə məxsusdur. Bəstəkar Aleksi Turiaşvili, səhnə hərəkəti üzrə rəssam Cuna Tumanişvilidir.

Qeyd edək ki, tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyəti arasında 2018-ci ilin noyabrın 14-də imzalanan memorandum çərçivəsində təqdim olunacaq. Azərbaycan və Gürcüstan respublikaları arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə xidmət edən memorandum gələcək faydalı teatr əməkdaşlığına töhfə verəcək mühüm razılaşmadır.

İttifaqlararası Memorandum çərçivəsində Gəncə Dövlət Dram Teatrı ilə Gürcüstanın Ozurgeti Dövlət Teatrı arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanacaq. Mərasim aprelin 5-də saat 12.00-da Azərbaycan Teatr Xadimləri İttifaqında baş tutacaq.

# 1759 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #