Maykl Ceksonun qızı intihara cəhd etdi

Maykl Ceksonun qızı intihara cəhd etdi
18 mart 2019
# 10:23

Maykl Ceksonun qızı Peris intihara cəhd edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, təcili xəstəxanaya çatdırılmış Peris artıq evə, yaxınlarının nəzarətinə buraxılıb.

İntihara səbəb pop kralı Ceksonun pedofiliyada ittiham olunduğu “Neverlendi tərk edərkən” filminin olduğu deyilir. 20 yaşlı Peris qətiyyətlə atasını müdafiə edir və onun günahsız olduğunu deyir. Lakin qalmaqallı film hələ üzə çıxmayıb.

İki seriyalı “Neverləndi tərk edərkən” sənədli filmi Amerika kino şirkəti NBO tərəfindən istehsal olunub. Film uşaqlıqda Maykl Ceksonla tanış olan Ueyd Robson və Ceyms Seyfçakın açıq hekayətləri üzərində qurulub. Müğənni ilə dost olmaqla onlar gizli görüşlərin müqabilində bir sıra imtiyazlar qazanıblar. Robsonun müğənni ilə ilk əlaqəsi olanda 7, Seyfçakın 10 yaşı varmış.

# 1528 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

15:00 19 aprel 2024
"Cırtdan"  Şuşa Teatrının səhnəsində

"Cırtdan" Şuşa Teatrının səhnəsində

14:30 19 aprel 2024
# # #