Azad Yazarlar Ocağı yeni sədrini seçdi

Həftə sonu Azad Yazarlar Ocağı (AYO) növbəti toplantısını keçirərək, yeni rəhbərini seçilib.

 

Kulis.azın verdiyi xəbərə görə, yazıçı-esseist Cavid Ramazanlı təşkilatın yeni sədri seçilib. AYO-ya həmçinin yeni gənc yazarlar da qoşulub.

 

Təşkilatın sədri seçilən Cavid Ramazanlı uzun müddətdir ki, yazıçı, esseist və tərcüməçi kimi fəaliyyət göstərir. O, "Yol" adlı hekayələr toplusunun müəllifidir.

 

Əsasən gənc yazarlardan təşkil olunan AYO müasir ədəbiyyatın və azad sənət mühitinin təbliği və formalaşması istiqamətində fəaliyyət göstərir. AYO Azərbaycan ədəbi mühitinə çox sayda yeni simalar qazandırıb.

 

Təşkilatın nəzdində fəaliyyət göstərən "Alatoran" yayınları müntəzəm olaraq yerli və xarici müəlliflərin kitablarını dərc edir.

 

Qeyd edək ki, AYO-da hər il sədr seçkiləri keçirilir. İndiyədək seçilən sədrlər arasında Rasim Qaraca, Seymur Baycan, Aqşin Yenisey, Rafiq Tağı, Günel Mövlud, Namiq Hüseynov, Fərhad Yalquzaq, Fərican Yaren və Yalçın İslamzadə kimi simalar olub.

 

LENT

18 Aprel 2019
17 Aprel 2019
16 Aprel 2019