Milli Məclisdə Nəsiminin qəbri ilə bağlı təklif

“Mən Prezident İlham Əliyevə Ağsu və Şamaxıda zəlzələ ilə əlaqədar göstərilən köməyə, görülən işlərə görə seçicilərim adından təşəkkür edirəm”.

 

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Tahir Kərimli bildirib.

 

T.Kərimli operativ fəaliyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinə də təşəkkür edib: “Mən Səhiyyə Nazirliyinə də təşəkkür etmək istəyirəm. Səhiyyə Nazirliyi səhhətində problemləri olan insanlarla bağlı müraciətimə operativ reaksiya verib, müvafiq addımlar atılıb”.

 

T.Kərimli Ağsu çayının Ağsu şəhərindən keçən hissəsində 2 km məsafədə bənd çəkilməsini və İmaməddin Nəsiminin qəbrinin Hələbdən Azərbaycana gətirilməsini də təklif edib: “Mən iki dəfə Hələbdə Nəsiminin qəbrini ziyarət etmişəm. Minlərlə ardıcılı olan bu dahi şəxsiyyətin məzarının Azərbaycana gətirilməsi vacibdir”.

 

 

LENT

21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019