Azyaşlı yazarlarımız mükafatlandırıldı

Azyaşlı yazarlarımız mükafatlandırıldı
14 mart 2019
# 13:34

“Hədəf” Nəşrlərinin təsisçisi olduğu “Ustad” ədəbiyyat və sənət dərgisinin təşkil etdiyi “ÜstAd” uşaq yazıları müsabiqəsinin nəticələri məlum olub. Müsabiqə istedadlı məktəblilərin üzə çıxarılması məqsədilə təşkil olunmuş, 8-15 yaşlı məktəblilərin iştirakı nəzərdə tutulmuşdu. Müsabiqəyə yalnız Azərbaycan dilində olan əsərlər qəbul edilirdi, onların həcminə məhdudiyyət qoyulmurdu. Yazıların mövzusu milli adət-ənənələrimiz, Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi, filmi və ədəbiyyatını əks etdirməliydi.

Qısa vaxt ərzində göstərilmiş [email protected] ünvanına xeyli yazı daxil olub. Təşkilat Komitəsi həmin yazılardan ən diqqətəlayiq olanları seçərək Münsiflər Heyətinə təqdim edib. Qiymətləndirmə yaş kateqoriyası üzrə aparılıb. Münsiflər Heyəti isə 10 ballıq meyar ilə qiymətləndirərək müsabiqəyə göndərilən yazıların qısa siyahısını açıqlayıb. Beləliklə, qısa siyahıda Münsiflər Heyətinin rəğbətini qazanan və ən çox bal toplayan imzalar aşağıdakı kimi sıralanıb (təkcə 14 yaş kateqoriyası üzrə heç bir yazı qənaətbəxş hesab edilməyib):

8 yaş kateqoriyası üzrə qalib Yusif Cəbili – “Mikayıl Müşfiq” hekayəsi;

9 yaş kateqoriyası üzrə qalib Məhəmməd Əhədzadə – “28 may – Respublika günü” inşası;

10 yaş kateqoriyası üzrə qalib Rüxsarə Həsənli – “Xeyirxahlar krallığı” nağılı;

11 yaş kateqoriyası üzrə qalib Nəzrin Məmmədova – “Mənim bayrağım” inşası;

12 yaş kateqoriyası üzrə qalib Ayxan Məmmədli – “Buduq” hekayəsi;

13 yaş kateqoriyası üzrə qalib Nilufər Əzimzadə – “Uçan qız” nağılı;

15 yaş kateqoriyası üzrə qalib Mələk Cəbrayılzadə – “Arazbarı” essesi.

Müsabiqədə qalib olan və münsiflərdən yüksək bal alıb birinci ola bilməyən yazılar “Ustad” dərgisinin 26-cı sayında dərc olunub. Tezliklə, qaliblər mükafatlandırılacaq və bu barədə mətbuatda xəbər veriləcək.

# 1312 dəfə oxunub

Oxşar xəbərlər

Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
#
#
# # #