Buker mükafatının "uzun siyahı"sı açıqlandı

Londonda ingilis dilində ədəbiyyat sahəsində təqdim edilən Beynəlxalq Bukerov mükafatının (The Man Booker International Prize) “uzun siyahı”sı açıqlanıb. Siyahıya Çin, Fransa, Almaniya, İspaniya, Niderland , Polşa, İsveç, Argentina, Kolumbiya və başqa ölkələrdən 13 müəllifin əsəri daxil edilib.

 

Münsiflər heyətinin sədri Betani Hyuz deyib: “Biz bədii ədəbiyyat necə olmalıdır barədə təsəvvürlərimizi zənginləşdirən 13 kitabı paylaşmağa şadıq”.

 

Mükafatın ötənilki laureatı, Polşa yazıçısı və şairəsi Olqa Tokarçuk da ilk də 2009-ci ildə çap olunmuş “Ölülərin sümüklərini şumla keç” romanı ilə namizədlər sırasındadır.

 

Siyahıda yer alan əsərlərin yalnız ikisi iri nəşriyyatlar tərəfindən təqdim edilib, qalanları müstəqil nəşriyyatların məhsuludur. B.Hyuz deyib: “Müstəqil nəşriyyatların istedadları ortaya çıxarması həqiqətən gözəl haldır”.

 

Münsiflər heyəti 6 kitabdan ibarət “qısa siyahı”nı aprelin 9-da açıqlayacaq. Qalib isə mayın 21-də elan ediləcək.

 

1969-cu ildə təsis edilmiş və hər il keçmiş Britaniya Birliyi ölkələrindən olan yazıçılara təqdim edilən Bukerov mükafatından fərqli olaraq, Beynəlxalq Bukerov mükafatı 2004-cü ildə təsis edilib və 2016-cı ilə qədər iki ildən bir təqdim edilib. İndi bu mükafat ədəbiyyat sahəsində nailiyyətlərə görə hər il təqdim olunur. İngilis dilinə tərcümə edilmiş, Birləşmiş Krallıq, yaxud İrlandiyada çap olunmuş hər hansı kitab mükafatın qalibi ola bilər. Pul mükafatı 50 min avrodur (65,8 min dollar). Bu məbləğ qalib yazıçı və tərcüməçi arasında bölünür.

 

LENT

21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019