Həmyerlimiz Sankt-Peterburqda çıxış edəcək

Martın 27-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında xoreoqraf Corc Balançinin “Cəvahirat” baleti nümayiş etdiriləcək.

 

Teatrın saytında qeyd olunur ki, “Mariya-2” səhnəsində nümayiş olunacaq səhnə əsərində brilyant qaşa aid partiyanı Azərbaycanın Əməkdar artisti Timur Əsgərov təqdim edəcək.

 

Corc Balançin üç hissədən ibarət bu baletdə zümrüd qaşların partiyasında Qabriel Forenin, yaqutlarda İqor Stravinskinin, brilyantların partiyasında Pyotr Çaykovskinin musiqisindən istifadə edib. Bu hissələr ümumi ideya ətrafında birləşir və yalnız bütöv halda əsl mənasını kəsb edir. Balet artistlərinin kostyumları, o cümlədən zümrüd qaşların yaşıl rəngdə uzun ətəkləri, yaqutların müvafiq qaşın rəngində qısa ətəkləri, brilyantların şəffaf parçadan klassik ətəkləri üç mədəniyyəti, üç balet dövrünü, üç növ balet artisti görkəmini təcəssüm etdirir.

 

Əsərin dünya premyerası 1967-ci il aprelin 13-də Nyu-Yorkda olub. /azertag.az/

 

LENT

21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019