İstiqlal Muzeyində “Lalələr” sərgisi keçiriləcək

Mart 15-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyində Novruz bayramı ilə əlaqədar “Lalələr” adlı tədbir-sərgi keçiriləcək.

 

ONA xəbər verir ki, sərgidə həvəskar rəssamlar Lalə Nəcəfova, Lalə Xanlarova və Elçin Nəcəfovun 80-ə qədər əl işi nümayiş etdiriləcək.

 

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblının kollektivinin hazırladığı musiqili bədii hissə nümayiş etdiriləcək.

 

Tədbirdə şəhid ailələri, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Milli Qvardiyanın əsgərləri, muzeylərin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.

 

LENT

24 Mart 2019
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019