“Qaratoxmaq qadın” operası təqdim olunub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində olan opera studiyasında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operası nümayiş edilib.

 

Səhnə əsərinin quruluşçu dirijoru Xalq artisti, professor Fəxrəddin Kərimov, quruluşçu rejissoru Aleksey Smirnov, xormeysteri Xalq artisti Gülbacı İmanova, konsertmeysteri Yuliya Kərimova, quruluşçu rəssamı isə Elena Bodrovadır.

 

Operada Əməkdar artistlər Fəridə Məmmədova, Anton Ferştandt, Səbinə Əsədova, Adil Axundov və başqaları çıxış ediblər.

 

Görkəmli rus bəstəkarı P.Çaykovski 1890-ci ildə Florensiyada olarkən “Qaratoxmaq qadın” operası üzərində işləməyə başlayıb. O, çox qısa müddət ərzində - cəmi 44 günə operanı tamamlayıb. Operanın librettosu dahi rus şairi Aleksandr Puşkinin eyniadlı povestinin motivləri əsasında qələmə alınıb. /azertag.az/

LENT

21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019