Bu gün yeddinci Muğam Müsabiqəsi başlanır

Məlahətli səsə sahib olmaq xüsusi istedaddır. Bu istedadın üzə çıxması üçün geniş imkanlar gərəkdir. Elə bu baxımdan ənənəvi olaraq iki ildən bir təşkil olunan Muğam Televiziya Müsabiqəsi təqdirəlayiqdir. Peşəkar münsiflər heyətinin fikrincə, növbəti dəfə muğamsevərləri ətrafına toplayacaq VII Muğam Televiziya Müsabiqəsini çox gözəl səslər bəzəyəcək.

 

Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsinin son məşq prosesi yekunlaşıb.

 

Dörd ay davam edəcək builki müsabiqədə 20 iştirakçı qələbə üçün mübarizə aparacaq. Münsiflər heyəti layihənin yekununda məlahətli səsə sahib olan ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək. VII Muğam Televiziya Müsabiqəsinə 400 iştirakçı sənəd verib . Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. İştirakçılardan iki nəfəri əslən iranlıdır.

 

Münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.

 

AzTV və “Mədəniyyət” kanalları müsabiqənin ilk həftəsini martın 12-14-də yayımlayacaq. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində “Mədəniyyət” kanalı vasitəsilə canlı olaraq yayımlanacaq.

 

LENT

24 Mart 2019
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019