Cəfər Cabbarlı haqda sənədli film çəkilib

Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “ARB Aranfilm” yaradıcı mərkəzində yeni sənədli film çəkilib.

 

Kulis.azın verdiyi xəbərə görə, "Zülmətdən doğan işıq" adlanan bədii-sənədli filminin nümayişi bu gün Yunus Əmrə institutunda baş tutacaq.

 

Filmdə C.Cabbarlının Rusiya İmperasiyasında və sovet dönəmində Azərbaycan Cümhuriyyətində ədəbi və siyasi proseslərdə fəal iştirakından bəhs olunur. Film əsasən ədibin Cümhuriyyət dönəmində və sonrakı siyasi fəaliyyəti üzərində qurulub.

 

Filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadədir. Filmdə Cəfər Cabbarlı obrazını aktyor Şəmistan Süleymanlı canlandırır.

 

LENT

26 Mart 2019
25 Mart 2019
24 Mart 2019
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019