Filmimiz beynəlxalq festivalda nümayiş olunacaq

Müstəqil Dövlətlər Birliyi ölkələrindən olan ekran əsərlərinin çoxluq təşkil etdiyi “Aripi” (“Qanadlar”) film festivalı Buxarestdə Rumın Kənd muzeyində martın 12-də reallaşacaq.

 

Festivalda müxtəlif ölkələrin filmləri ilə yanaşı, İmam Həsənovun rejissor olduğu, Azərbaycan kəndinin gözəlliyi və çətinliyini əks etdirən “Müqəddəs inək” sənədli filmi də nümayiş olunacaq.

 

Qeyd edək ki, Azərbaycan, Almaniya və Rumıniyanın birgə istehsalı olan “Müqəddəs inək” filmi artıq Avropanın bir çox ölkələrində nümayiş olunub və tamaşaçıların rəğbətini qazanıb. /azertag.az/

 

LENT

26 Mart 2019
25 Mart 2019
24 Mart 2019
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019