“Azdrama”da Şekspirin “12-ci gecə…” tamaşası

“Azdrama”da Şekspirin “12-ci gecə…” tamaşası
7 mart 2019
# 13:46

Akademik Milli Dram Teatrında yeni tamaşanın premyerası keçirilib.

Kulis.azın verdiyi məlumata görə, Akademik Milli Dram Teatrında Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.

Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, aktyorlar Elnar Qarayev və Vüsal Məmmədov, əməkdar artist Ayşad Məmmədov, aktyor Ziya Ağa, əməkdar artist Aslan Şirin, aktyorlar Vüsal Mustafayev və Rəşad Bəxtiyarov, əməkdar artist Məsmə Aslanqızı, aktyorlar İlahə Həsənova, Nigar Güləhmədova, Xədicə Novruzlu və Əlif Cahangirov çıxış edir.

Tamaşanın dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Tamaşanın orjinallığı burada klassika ilə müasirliyin vəhdət təşkil etməsindədir. Belə ki, aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün geyimlərinə müraciət edilib. Eləcə də musiqi seçimində də klassik musiqi ilə yanaşı müasir musiqi, həmçinin də roka yer verilib. Peşəkar rejissor və rəssam işi, gözəl aktyor oyunu ilə seçilən tamaşa böyük maraqla qarşılanıb.

# 1856 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #