İstanbulda azərbaycanlı rəssamın əsərləri sərgilənir

UNESCO-nun tərkibində yer alan Dünya Rəsm Akademiyasının üzvü, azərbaycanlı rəssam Arif Əzizin əsərləri "Bəyaz Körpü" adı ilə İstanbulda sərgilənir.

 

Sərginin açılış mərasimində çıxış edən rəssam İstanbuldakı ilk sərgisinin 1995-ci ildə açıldığını bildirib. Sərginin adı ilə bağlı danışan A.Əzi bəyazın saflıq və təmizliyin rəmzi olduğunu, körpünün isə insanların bir-birinə yaxınlaşmasında vacib rol oynadığını bildirib.

 

Tədbirdə çıxış edən Üsküdar Bələdiyyə başqanı Hilmi Türkmən deyib: "Azərbaycanla Türkiyə arasında sərhəddin olmasına baxmayaraq biz iki dövlət bir millətik", - deyə qeyd edib.

 

H.Türkmən bu cür tədbirlərin iki ölkə arasındakı bağların daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyib.

 

Sərgi çərçivəsində "Trio Mirakulum" qrupunun ifasında Azərbaycan və Türk musiqiləri səsləndirilib.

 

Rəssamın son 20 ildə işlədiyi 86 rəsm əsərinin yer aldığı sərgi aprelin 12-dək davam edəcək.

 

LENT

24 Mart 2019
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019