Afaq Bəşirqızından 8 Mart hədiyyəsi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə  yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış” komediyasını təqdim edəcək.

 

Teatrın mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, tamaşada xalq artisti Afaq Bəşirqızı iştirak edir.

 

Quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Fərid Rzayev, Ağaxan Şərifov da iştirak edir.

 

Tamaşanın baletmeysterləri əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.

 

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən və "iticket.az” saytından əldə etmək mümkündür.

 

Tamaşa 19-da başlayır.

 

LENT

24 Mart 2019
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019