Afaq Bəşirqızı Zeynəb Xanlarovadan danışdı: “Səhvsiz insan olmur”

Afaq Bəşirqızı Zeynəb Xanlarovadan danışdı: <span style="color:red;">“Səhvsiz insan olmur”
5 mart 2019
# 10:40

Kulis.az Xalq artisti Afaq Bəşirqızı ilə müsahibəni təqdim edir.

-Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevayla incəsənət xadimlərinin görüşü zamanı Sizin protokoldan kənar çıxış etdiyiniz deyilir...

-Protokolun nə tələb etdiyini deyə bilmərəm. Amma mən protokoldan kənar çıxış etmişəm. Bu həqiqətdir. Bununla bağlı heç bir narahatçılıq olmadı. Nəticələri də Allah qoysa gözləyirik. İnşallah ümidvaram ki, bu günlərdə bunu bütün incəsənət xadimləri ilə bayram edəcəyik.


Bu zamana kimi elə bir şərait düşməmişdi ki, mən müraciət edim. Hər zaman qayğıya qalmışam, heç vaxt laqeyid yanaşmamışam. Gücümün yetərincə çatdığı işlərə baş qoşmuşam və kömək əlimi uzatmışam.

- Xalq artisti Zeynəb Xanlarovanın görüşdəki fikirləri və çıxışını necə qarşıladınız?

- (Fasilə verir) Zeynəb xanım gözəl sənətkardır. Sənəti ilə Azərbaycan üçün çox işlər görmüş, Azərbaycanı tərənnüm etmiş, çalışmış, Azərbaycan dilində oxuyan və Azərbaycan mahnılarının anasıdır. Mən Zeynəb xanıma çox gözəl yanaşıram. Səhvsiz insan olmur. Bəlkə də Zeynəb xanım onu elə demək istəmədi. Mənə sənətkar haqda sual versəniz, mən onu yalnız sənətkar kimi təriflə bilərəm.

- Məlum çıxışınızdan sonra bir çoxları Sizi millət vəkili postunda görmək arzusunu bildirir. Sizin buna münasibətiniz necədir?

-Yox. Mən birinci çağırışdan millət vəkili kimi namizəd verilmişdim. Özüm istəmədim. Mən daha əlverişli, əlimdən gələ biləcək, xeyrim toxunacaq iş istərdim, nəinki millət vəkili.

-O da məlumdur ki, bir qisim insan Sizin çıxışınızı birmənalı qarşılamadı...

-Özümdən aşağı səviyyəli adama aşağı əyilib necə söz deyim? Mən axı əyilməyə öyrəşməmişəm.

-Çıxışınızı ancaq gənc aktyorların vəziyyətinin düzəlməsi yönündə istifadə etdiniz. Bəs Sizin gənclərdən gözləntiləriniz nədir?

-Gənclərə həyatda düzgün seçim arzu edərdim. İstərdim ki, bizim ata-babadan qalma nəsihətlərimiz, kitablarımız, qərəmanlarımız və Qurani-Kərim kimi mötəbər kitabımız var. Hansı ki, insan gün ərzində neçə dəfələrlə “Quran haqqı”, “Qurana and olsun” kəlmələrini işlədir. Onlar bütün bu andların timsalında təmizliyə, sabaha, gələcəyə, kişiliyə və qeyrətə and içsinlər, inansınlar. Allaha şükür ki, onlar üçün hər bir şərait yaradılıb. Ola bilsin ki, bu şəraitlər tam təminatlı deyil. Bir daha qeyd edirəm ki, çox haçalanırıq. Müharibə şəraitindəyik. Hər dəqiqə hər an bizim, ölkəmiz və Vətənimiz üçün böyük problemlər olur. Amma istərdim ki, onlar öz tərbiyəvi yollarından azmasınlar. Böyüklərə hörmət edib, sözlərini dinləsinlər. Nəsihətlərə qulaq assınlar. Deməsinlər ki, bu şərait, meydan hoydu-hoydu bizimdi. Çünki meydana naşı çıxanda qıçı tez sınır. Buna görə də gənclərimizdən çox şey gözləyirəm.

-Siz özünüz üçün heçnə tələb etmədiniz. Həqiqətənmi, Afaq Bəşirqızının hər şeyi var?

-Bəli var - Xalqım, sabaha ümidim, inamım, balalarım və nəvələrim var.

...Bir də mənim mənim ən böyük arzum budur ki, analarımın laylası beşik başında yalnız balalarının xeyir-duası üçün olsun. Heç bir ananın laylası yasa dönməsin. /news24.az /

# 2597 dəfə oxunub

Oxşar xəbərlər

Bu gün Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günüdür

Bu gün Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günüdür

11:30 23 aprel 2024
Təcili əməliyyat olunan Hasan Can Kayanın ilk açıqlaması

Təcili əməliyyat olunan Hasan Can Kayanın ilk açıqlaması

11:00 23 aprel 2024
“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verildi

“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verildi

10:40 23 aprel 2024
Almaniya prezidenti Orxan Pamukla Məsumiyyət muzeyində

Almaniya prezidenti Orxan Pamukla Məsumiyyət muzeyində

10:21 23 aprel 2024
Xalq yazıçısı Elçin əməliyyat edildi

Xalq yazıçısı Elçin əməliyyat edildi

21:34 22 aprel 2024
Mikayıl Azaflının şeirləri yeni kitabda

Mikayıl Azaflının şeirləri yeni kitabda

18:30 22 aprel 2024
#
#
# # #