Kit Flint intihar edib

Britaniyanın The Prodigy elektron musiqi qrupunun dünən öldüyü bildirilən vokalisti və rəqqası  Kit Flintin intihar etdiyi xəbəri yayılıb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 49 yaşlı müğənninin cəsədi evində tapılıb.

 

Musiqi kollektivinin üzvlərindən biri onun intihar etdiyini bildirib.

 

Musiqiçilər Kit Flintin elektron musiqinin banilərindən hesab edirlər. O, 1990-ci ildə The Prodigy qrupuna əvvəl rəqqas sonra vokalist kimi daxil olub. Qrupun ilk sinqlində artıq oxumağa başlayan musiqiçi buynuz formalı saçlarının gətirdiyi xüsusi imici ilə fərqlənirdi.

 

LENT

24 Mart 2019
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019