Yeni serial başlayıb: Yarımçıq arzular

Yeni serial başlayıb: Yarımçıq arzular
4 mart 2019
# 16:10

Yerli teleməkanda yeni serialın yayımı başlayıb.

Yaradıcı heyətindən kulis.az-a verilən məlumata görə, “Yarımçıq arzular” adlanan bu serial hər çərşənbə saat 18.20-də DTV-də yayımlanır.

Serialda dörd dost motivi rejissor Lətif Səfərovun “Bəxtiyar” filmindən götürülsə də, mövzu olaraq həmin film ilə əlaqəsi yoxdu. “Yarımçıq arzular” “Nəsimi ili”nə həsr olunub.

Serial üç ildir şəhərdə müəllimlik edən, şəhərdə yaşadığı müddətdə həm xaraktercə, həm xarici görkəmcə xeyli dəyişən Svetanın kəndə döndükdən sonra başına gələn əhvalatlardan bəhs edir. Svetanın orta məktəb yoldaşlarından Bəxtiyar və Yusif Svetaya vurulur. Digər sinif yoldaşları Ənvər isə rejissor və aktyordur, hürufi şairi Nəsimi haqqında tamaşa hazırlayır. O, kortəbii səsi olan Bəxtiyarı belə qısqanır, hətta onların (Bəxtiyarla Yusifin) sevdiyi qızı – Svetanı da sevir. Bütün bunlarla bərabər dostların valideynləri və ətrafı da bu olaylara biganə deyil, əksinə baş verənlərə təsir edirlər.

“Yarımçıq arzular” serialının rejissoru İntiqam Hacılı, ssenari müəllifi yazıçı-şair Sevinc Elsevərdir. Rolları Turəxanım Qasımlı, Vasif Ənvəroğlu, Mahir Mirişli, İlhamə Əhməd, Fəridə Babayeva, İlqar Dadaş, Elnur Əkbər, Soqət Səmədova, Şəbnəm Hüseynli, Cahangir Məlik, Ruslan İsmayıl, Oktay Hüseynli, Fəxri Qəribli kimi aktyorlar ifa edir.

# 2237 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #