“Oskar”da Qalmaqal - Spilberq etiraz etdi

“Oskar”da Qalmaqal - <span style="color:red;">Spilberq etiraz etdi
4 mart 2019
# 10:44

Hollivud rejissoru Stiven Spilberq Alfonso Kuarronun “Roma” filminin “Oskar”a təqdim olunması və mükafatlandırılmasına etirazını bildirib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Stiven Spilberq Netflix şirkətinin istehsal etdiyi filmlərin Oskar-da iştirakını yolverilməz hesab edir.

Belə ki, Netflix striminq (ödəniş əsasında onlayn nümayiş kanalı) şirkətidir və belə əsaslarla işləyən şirkətin filmi Amerika kinoakademiyasının kino yarışında iştirak edə bilməz.

“Mən ümid edirəm ki, kino yaradıcıları kimi bizim ən böyük töhfəmiz tamaşaçının kinoteatrda filmə baxmaq təcrübəsidir” – deyə Spilberq məsələyə şərh verib.

“Spilberq kinoteatr və striminq arasındakı fərqi vurğulayır və başqalarını də bu məsələyə diqqət etməyə çağırır” – deyə Spilberqin əsasını qoyduğu Amblin Entertainment şirkətinn nümayəndəsi söyləyib.

Amerika Kino Akademiyası Netflixin Oskar uğrunda mübarizədən kənarlaşdırılması məsələsinin apreldə baş tutacaq görüş çərçivəsində müzakirə olunub həll olunacağını bildirib.

Mətbuatın yazdığına görə, Amerika kinosənayesinin narahat edən həm də, “Roma” filminin təşviqatına 25 milyondan 50-milyona kimi vəsait xərclənməsidir. Halbuki, “Yaşıl kitab” filminin təşviqinə 5 milyon dollar xərclənib.

Xatırladaq ki, Meksikanı təmsil edən “Roma” filmi (rej Alfonso Kuarron) “Xarici dildə ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı operator” olmaqla üç nominasiyada Oskar mükafatının bu ilki qalibi olub.

# 1153 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #