Rəsm müsabiqəsi elan olunub – Xocalı haqda

Rəsm müsabiqəsi elan olunub – <span style="color:red;">Xocalı haqda
27 fevral 2019
# 16:19

Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə “Soyqırım” adlı respublika rəsm müsabiqəsi elan edib.

Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini martın 25-26-da saat 10:00-dan-18:00-dək Azərbaycan Rəssamlar İttifaqına (Ünvan: Bakı ş. Xaqani küçəsi 43, Tel: 493-62-30) təqdim edə bilərlər. Müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, incəsənət əsərləri vasitəsi ilə Xocalı faciəsi və digər soyqırımı hadisələri zamanı törədilmiş soyqırımı faktlarını, zaman-zaman xalqımızın başına gətirilən faciələri, genosid faktlarını, eyni zamanda, dövlətimizin ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini əks etdirməli və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir.

Müsabiqəyə rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət janrında olan əsərlər qəbul olunacaq.

Təqdim olunacaq əsərlərə Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət komissiya tərəfindən baxılacaq. Əsərlər “deviz” və “şifr” ilə təhvil verilir. Bağlı zərfin içində iştirakçı rəssamın soyadı, adı, atasının adı, təvəllüdü, telefon nömrələri, əsərin adı, ölçüsü və texnikası qeyd olunmalıdır. Təhvil verilən hər bir əsərin arxa tərəfində, “deviz”, “şifr” qeyd olunmalıdır. Müsabiqənin şərtlərinə uyğun olaraq qalib iştirakçılara sonda pul mükafatı və diplom təqdim olunacaq./azertag.az/

# 3951 dəfə oxunub

Oxşar xəbərlər

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

15:00 25 aprel 2024
# # #