Lələtəpə döyüşləri haqda film təqdim olunub

Lələtəpə döyüşləri haqda film təqdim olunub
27 fevral 2019
# 09:54

Fevralın 26-da Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun döyüş yoluna həsr olunmuş “Aprel yüksəkliyi” filminin təqdimatı olub.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Əməkdar incəsənət xadimi Ayaz Salayev çıxış edərək Xocalı soyqırımı haqqında məlumat verib. Bildirib ki, bəşəriyyət tarixində ən qəddar, vəhşi cinayətlərindən biri olan Xocalı soyqırımının iştirakçıları hələ də layiqli cavablarını almayıblar. Qeyd edib ki, əvvəlcədən planlaşdırılan kütləvi və amansız qırğın aktı həmin torpaqlarda yaşayan azərbaycanlıları tamamilə məhv etmək niyyəti ilə törədilib.

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov Xocalı soyqırımı, Qarabağ müharibəsi haqqında danışıb. Həmçinin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun göstərdiyi igidlikləri qeyd edib. Ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması heç də uzaqda deyil.

Daha sonra “Aprel yüksəkliyi” filmi nümayiş olunub. Filmin ssenari müəllifi və rejissoru Zamin Məmmədov, operatoru Ömər Kutuyevdir.

Ekran əsəri 2016-cı ilin Aprel döyüşləri zamanı ordumuzun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərən Şükür Həmidovun döyüş yolundan bəhs edir.

Qeyd edək ki, Şükür Həmidov Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

# 2133 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #