Berlin festivalının qalibi olan 9 Film

Berlin festivalının qalibi olan <span style="color:red;">9 Film
25 fevral 2019
# 15:22

Ötə həftə 69-cu Berlin kinofestivalı öz işini başa çatdırdı. Kulis.az festivalın qalibi olan filmlərin annotasiyalarını təqdim edir.

Nadav Lapid. “Sinonimlər”. İsrail rejissoru Nadav Lapidin bu filmi festivalın əsas mükafatına - “Qızıl ayı”ya layiq görülüb. Film Parisə köçüb, öz vətəndaşlığından, dilindən, ailəsi ilə ünsiyyətdən imtina edərək fransız olmaq istəyən israillidən bəhs edir. Bu avtobioqrafik film qəhrəmanının keçmişi və kimliyi ilə mürəkkəb ziddiyyətlərdən bəhs edir. Fransa, İsrail və Almaniyanın müştərək layihəsi olan bu filmdə baş rolu Tom Mersye oynayır. Bu, onun kinoda ilk roludur. Rus tənqidçisi Anton Dolin film haqda resenziyasında yazır:

“Sərhədlərin itdiyi, millətçiliyin artdığı bugünkü qlobal dünyada milliyyət nə deməkdir? Bu sual çox verilir. Amma filmdə daha bir sual var: 21-ci əsrdə, maskalanmaq və qaçmaqla, qələbəyə iradə tapa bilməməklə necə kişi olmaq olar?”

Fransuaza Ozon. “Allahın lütfü ilə” dramı. Film “Münsiflər heyətinin mükafatı” nominasiyasında “Gümüş ayı”ya layiq görülüb. Film uşaqlıqda keşişlər tərəfindən seksual təcavüzə məruz qalmış kişilərin yaratdığı ittifaqdan bəhs edir. Kişilər kilsədən səhvlərini etiraf etməyə nail olmaq və yaşadıqları travmadan xilas olmaq istəyirlər.

Angela Şanele. “Mən evdə idim, amma...”. Bu alman filmi “Ən yaxşı rejissor” nominasiyasında “Gümüş ayı” qazanıb. Tənqidçilər bu filmi festivalın ən dərin və orijinal filmi sayırlar. 6 yaşlı Şanelek Berlin kino məktəbinin canlı klassiki sayılır. Bununla belə, indiyədək bir dəfə də Berlin, Kann və Venesiya festivalında iştirak etməyib.

Filmin tapmacalı süjeti 13 yaşlı Filiplə bağlıdır. İzsiz-tozsuz itən yeniyetmə bir həftə sonra qayıdır. Amma onun harada olması, nə etməsi hamıya sirdir. Lakin bu film yalnız bu haqda suallar qoyan adi film deyil. Mövzusu və müxtəlif vurğuları ilə olduqca mürəkkəb və dərindir. Lakin Happy end yalnız Hollivudda deyil, bu mürəkkəb müəllif filmi də xoşbəxt sonluqla bitir.

Klaudio Covanezzi. “Neopol piranyaları”. “Ən yaxşı ssenari” nominasiyasında qalib olub. İtaliya mafiyasından bəhs edən bu filmin ssenari müəllifi Roberto Savianodur. Filmin nümayişi xüsusi gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə yadda qalıb. Mafiya dünyasının liderlərindən birindən ölüm təhdidi alan yazıçı-jurnalist Roberto indi də İtaliya Daxili İşlər Nazirliyinin mühafizəsi altında yaşayır. Yazıçı-ssenarist filmdə mafiya dünyasının ən diqqətdən kənarda qalan cəhətinə işıq salır: Neopolda sil-silə terror törədən gənc yeniyetmə uşaqlar. Filmin əsas qəhrəmanı lap uşaq yaşlarından narkotik alveri edən yeniyetmələrdir.

Van Syaşuay. “Əlvida, mənim balam”. Film oğullarının itkisini yaşayan çinli ailədən bəhs edir. Yalnız bir uşaq dünyaya gətirmək haqda Çin siyasəti bu drama ilə uzlaşdırılır. Van Tzsinçun və Yun Meyin aktyor oyunu “Gümüş ayı”ya layiq görülüb.

Mehmet Akif. “Oray”. “Ən yaxşı debüt” filmi kimi festivalda mükafatlandırılıb. Film müsəlman gəncin kimlik axtarışlarından bəhs edir.

Tomas Xardmeyer. “Atları yəhərləmək zamanı”. Filmin operatoru Rasmus Videbek kinematoqrafiyaya töhfələrinə görə, “Gümüş ayı”ya layiq görülüb. Norveç, İsveç və Danimarkanın müştərək layihəsi olan film meşədə çalışan ailədən bəhs edir.

Suxaib Qasmelberi. “Ağaclardan danışarkən”. “Ən yaxşı sənədli film” nominasiyasında qalib gəlib.

Kiyeka Miyadzaki. “37” saniyə” filmi tamaşaçı rəğbətinə görə seçilib. Film yol polisi işləyən gənc yapon qadından bəhs edir. Doğulandan sonra 37 saniyə nəfəs almadan qalan bu qadın ömrü boyu normal həyat qurmağa cəhd edir. O, özünü ailə öhdəlikləri ilə komiks müəllifi olmaq arzusu arasında bölməli olur. Sosial dram janrında çəkilən film Yaponiya istehsalıdır.

# 1048 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #