Bakının qıcıq doğuran xoşbəxt ərəbləri – Ayxan Ayvaz yazır...

Bakının qıcıq doğuran xoşbəxt ərəbləri – <span style="color:red;">Ayxan Ayvaz yazır...
25 iyul 2018
# 11:01

Kulis.az Ayxan Ayvazın "Ərəb nağılı" yazısını təqdim edir.

Dünən kafedə dostlarla oturub dönər yeyirdik. Hər zaman etdiyimiz kimi. Ofisiant qardaş bizim dönərdən başqa heç nə sifariş verməyəcəyimizi əvvəlcədən başa düşmüşdü, ona görə də gözlərindən “Bunlar nə vaxt durub gedəcək” deyə bir lövhə asılmışdı.

Arxamızda bir ərəb oturmuşdu. Tək-tənha. Qabağına nemətlər düzdürmüşdü. Bircə sağında-solunda incə belli qızlar çatışmırdı.

Ərəbin bu rahatçılığı acığıma gəldi. İstədim, durub deyəm ki, ümumiyyətlə, sən burda oturduğuna və bu cür xoşbəxt olduğuna görə bizə 5 manat pul verməlisən.

Hamı qınamışdı o ağacın kölgəsində dincələn ərəbdən 5 manat istəyən - kölgəni satan qardaşı. Mən isə deyirəm, o, əsl azərbaycanlı, əsl vətənpərvərdir. Sən ərəb, durub gəlmisən Azərbaycana, o boyda ağacın kölgəsində dincəlirsən, elə bilirsən, hər şey belə gözəl olmalıdır?

Ağacın kölgəsində yatır, elə bilir öz kölgəsidir. Ərəbin cavabına bax: “Bu Ağacı Allah yaradıb”. Qayıdıb deyəsən, a kişi, istini də Allah yaradıb. Niyə qaçırsan bəs?

Böyük şairimiz Zəlimxan Yaqub nə demişdi? Bu yaşıl ağacın altı bizimdi. Bizimdi e, qardaş. Sən get, ərəb səhralarında çadırının altında kölgələn. Kimdi sənə bir şey deyən? Amma bizim ağacın altında kölgələnmək kim, sən kim?

İndi kafedə oturan ərəbə də bu cür qıcıq olurdum. Hələ bizim arıq ofisiant da onun hüzurunda müntəzir dayanmışdı. Ərəb “qa” deyəndə yemək, “qu” deyəndə içmək gətirirdi. Oğlan az qala ərəbin qabağında diz çöküb ona salfet uzatdı. Hələ bu da yetməmiş kimi salfet ilə möhtərəm ərəb qardaşın yeməyə bulaşmış əlini də təmizlədi. Tamam əsəbiləşdim. Durub oğlana demək istədim ki, sizsiz bu Vətəni satan, Avropadan pis şeylər öyrənib gözəlim ölkəmizi korlayırsınız. Alçaqlar! Namərdlər! İstəyirdim deyəm, dostlar qolumdan tutub aşağı dartdılar. Sakitləşdim.

İkinci zərbə gəldi bu dəm. Ofisiant qız meydana atıldı. Ərəbin həndəvərində dörd dolandı. Əlində də podnos. Əzilib-büzülürdü, saxta təbəssüm paylayırdı ətrafa. Ərəb də, denən, heç qılını qıbırdadırdı? Məmnun-məmnun yerində səvərib qarnını qaşıyırdı. İndi tapançanı çıxarıb bunun mədəsinə vurmayasanmı? Qanı şoruldayıb tökülməsinmi?

Allah, sən saxla!

- Hesabı istəyək, qalxaq! – dedim, daha bu səhnələrə baxmağa dözümüm yox idi.

Ofisiant laqeydliklə balaca qutunu ortaya qoydu. Çıxarıb baxdıq. Kasıblarda adətdi axı. Hesab gələndə hamı ona diqqət kəsilir. 25 manat idi.

Əl eləyib ofisiantı çağırdım:

- Apar bunu qoy ərəbin qabağına. Qoy bizim də şotumuzu versin.

Ayağa qalxanda sifətinə bir söz də çırpdım:

- Dəyyus!

# 2319 dəfə oxunub

Oxşar xəbərlər

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

I Gənc mədəniyyət müxbirləri məktəbinə start verildi

15:00 19 aprel 2024
"Cırtdan"  Şuşa Teatrının səhnəsində

"Cırtdan" Şuşa Teatrının səhnəsində

14:30 19 aprel 2024
“Sərhədsiz Puşkin”  adlı konsert keçiriləcək

“Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

13:30 19 aprel 2024
“Fotolarda canlanan tarix”  sərgisi başa çatdı

“Fotolarda canlanan tarix” sərgisi başa çatdı

13:00 19 aprel 2024
Kağıza çəkilmiş kvadrat  201 min dollara satıldı

Kağıza çəkilmiş kvadrat 201 min dollara satıldı

12:30 19 aprel 2024
#
#
# # #