Varisin kitabı Moskvanın Hökumət Evində təqdim olunub

Varisin kitabı Moskvanın Hökumət Evində təqdim olunub
23 iyul 2018
# 14:16

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində - İctimai Palatada və Moskvanın Hökumət Evində Avrasiya Millətlər Assambleyasının Ali Şurasının növbədənkənar iclası və Rusiya Millətlər Assambleyasının konqresi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirlər çərçivəsində ədəbiyyat üzrə Avrasiyanın 2-ci LiFFt Festivallar Festivalının təşkilat komitəsinin mətbuat konfransı da olub. Bu il Rusiyanın Soçi şəhərində 37 olkənin 170 yazıçısının iştirakı ilə keçirilən festivalın qalibi Azərbaycan yazıçısı Varis Yolçuyev olduğu üçün 2019-cu ildə növbəti festivalın qalibinin vətənində keçiriləcəyi elan olunmuşdu.

Fesrtivalın Avrasiya üzrə qalibi Varis Yolçuyevin, eləcə də Rusiya üzrə qalibi Nikolay Şamsutdinovun “Qızıl LiFFt” seriyasından çıxmış kitabları ictimaiyyətə və mediaya təqdim edilib. Həmyerlimizin “Qızıl LiFFt” seriyasından ingilis, rus və ana dilində “Metamorfoz” adlı romanı çap olunub.

Təqdimatda Avrasiya ölkələri və Rusiyanın ictimai-siyasi, elm, ədəbiyyat xadimləri, diplomatik korpusların nümayəndələri, KİV nümayəndələri iştirak edib.

Xatirladaq ki, Avrasiya üzrə 1-ci LiFFt Festivallar Festivalının qalibi məşhur qazax yazıçısı Oljas Süleymenov olub.

# 862 dəfə oxunub

Oxşar xəbərlər

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

09:00 25 aprel 2024
Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
#
#
# # #