Kim çıxır ağaclara, həyətimiz necədi? – İşğal Şeiri

Bu gün Ağdamın işğal günüdür. Kulis.az bu münasibətlə ağdamlı şairə Mina Rəşidin “Mənim Qiyaslı kəndim” şeirini təqdim edir.

 

Mənim Qiyaslı kəndim,

De, evimiz necədi?

Kim çıxır ağaclara

Həyətimiz necədi?

 

Xallı, qara, ağ gilas...

Ağacların dururmu?

Söyüdlərin qoynunda

Quşlar yuva qururmu?

 

Həyətlərin xalısı

Bənövşəli, nanəli.

Neçə rəngdən naxışlı

Zəncirotu, laləli.

 

Uzanıb məxmər gülü

Pəncərədən baxırmı?

Bağçamızın içindən

Sular şır-şır axırmı?

 

Qoynu gülüstan kəndim,

Sənin qoxun başqadı.

Sənin göyün, buludun,

Varın-yoxun başqadı.

 

Güllə dəydi köksünə

Ağaclar yaralandı.

Yerdə uşaqlar uçdu,

Göydə quşlar dayandı...

 

Görüşdük hospitalda

Oğlu çox yaralıydı.

Qonşumuz Gözəl xala

Görən indi hardadı?

 

Badam xalanın qızı

Xocalıya köçmüşdü.

Şəhid oldu dünyası

Dərdi dillərə düşdü.

 

Biz də çöllərə düşüb

Yollar yorğunu olduq.

Əvvəl çadır, vaqonda,

Sonra yataqxanada

Üzünə həsrət qaldıq.

 

...Gün gələcək bitəcək

Bu həsrət, bu qüssə-qəm.

Darıxma, gözəl kəndim,

Hələ ölməmişəm mən! 

 

Image result for mina rəşid

 

LENT

26 Mart 2019
25 Mart 2019
24 Mart 2019
23 Mart 2019
22 Mart 2019
21 Mart 2019
20 Mart 2019
19 Mart 2019