Azərbaycan Ukrayna ilə yeni mədəni layihələr həyata keçirəcək

Azərbaycan Ukrayna ilə yeni mədəni layihələr həyata keçirəcək
20 iyul 2018
# 09:53

“Azərbaycan Ukrayna ilə mədəniyyət sahəsində yeni layihələrin icrasında maraqlıdır və buna dəstək verməyə hazırdır”.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, bunu Kiyevdə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev ukraynalı həmkarı Yevgeni Nişuk ilə görüşündə söyləyib.

Nazir bildirib ki, Azərbaycanla Ukrayna arasında mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq inkişaf edir.

“Xalqların mədəniyyətlərinin mübadiləsi olduqca önəmlidir. Kiyevin mərkəzində Müslim Maqomayev adına parkın salınması və orada onun heykəlinin qoyulması Azərbaycanla Ukrayna arasında mədəniyyətlərin mübadiləsinə çox gözəl örnəkdir”, - deyə Ə.Qarayev əlavə edib.

Nazir vurğulayıb ki, il ərzində Azərbaycan və Ukrayna mədəniyyət sahəsində onlarla birgə layihə həyata keçirir. Bunların sayını artırmaq olar.

Azərbaycanın Ukrayna üçün strateji dövlət olduğunu deyən Yevgeni Nişuk iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyindən məmnunluğunu ifadə edib.

“Azərbaycan mədəniyyət sahəsində çox uğurlu layihələr həyata keçirir. Biz bu təcrübədən öyrənirik və birgə layihələrin həyata keçirilməsinə hazırıq”, - deyə nazir əlavə edib.

# 885 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #