Filmimiz iki festivalda mükafat aldı

Filmimiz iki festivalda mükafat aldı
17 iyul 2018
# 14:39

“Çölçü” filmi iki müxtəlif festivalda mükafatlara layiq görülüb.

Bu barədə filmin rejissoru Şamil Əliyev bildirib.

Onun sözlərinə görə, film 6-cı “Virgin Spring Cinefest 2018”in fevral ayı üzrə “Ən yaxşı bədii film” mükafatına layiq görülüb və “Golden Galaxy Award” mükafatının “Yaxşıların yaxşısı” nominantı statusunu qazanıb.

“Çölçü” filmi Avropa, Asiya və Amerikadan olan kino ekspertlərindən ibarət münsiflər heyətinin rəyi nəticəsində “Cult Critik Movie Awards” jurnalının 2018-ci ilin yanvar ayı üzrə “Ən yaxşı bədii film” mükafatına layiq görülüb və bununla da Jan Lük Qodar mükafatına nominant statusu qazanıb. Mükafatların təqdimetmə mərasimi 2018-ci ilin oktyabr ayında Hindistanın Kəlküttə şəhərində keçiriləcək.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 37 beynəlxalq kino festivalında iştirak edərək mükafatlara layiq görülüb. “Çölçü” ümumilikdə 7 dəfə “Ən yaxşı bədii film”, 3 dəfə “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər. /azertag.az/

# 886 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #