Çimərlikdə bu xəstəliklərə yoluxa bilərsiniz – Ehtiyatlı Olun!

Çimərlikdə bu xəstəliklərə yoluxa bilərsiniz – <span style="color:red;">Ehtiyatlı Olun!
17 iyul 2018
# 17:30

Alimlər sübut edib ki, çimərlik, dəniz və istirahətdə insan bir neçə növ xəstəlik və simptomlara yoluxa bilər. İndiki çimərliklərin ekoloji vəziyyətini nəzərə alsaq, bu xəstəliklərin siyahısı arta bilər. Əgər isti qumsallıq, çimərlik və dənizdən, baseyndən qayıtdıqdan sonra özünüzü yaxşı hiss etməsəz, mütləq həkimə müraciət edin yoxlanın.

Kulis.az uşaqdan böyüyə hər kəsin çimərlikdə yoluxa biləcəyi xəstəliklərin siyahısını təqdim edir.

Helmintlər, qurdlar

Çimərlik qumu - steril deyil. Orda digər heyvanlar da gəzir, xüsusən itlər, pişiklər, həmçinin sahildən gələn sürfələr, qurbağalar, xırda mikroorqanizmlər. Ona görə bu qumda çox rahatlıqla parazit qurdları tapılır: askarid, toksokar, vlasoqlav. Ona görə quçun üzərində yox, şezlonq, topçan və ya heç olmasa dəniz dəsmalı, xüsusi örtüyün üzərində uzanmaq lazımdır. Sanepidemioloji stansiyanın qoyduğu xəbərdarlıq nişanları olan suda çimməyin. Deməli orda suyun vəziyyəti ürəkaçan deyil. Çimərlikdə bacardıqca az yemək yeyin. Dırnaqlarınızın dibinə keşmiş yumurtalar ağzınıza düşə bilər. Yaxşı olar, çimdikdən sonra duş altında yaxalanıb, əllərinizi və dırnaqların dibini sabunla yuyub, sonra nəsə yeyəsiz.


Göbələk

Xüsusən yaş, nəm qumsallıq, torpaq, yaş çınqıl mikozların sevdiyi və çoxaldığı mühitdir. Göbələk daban və barmaqlara asanlıqla yapışır. Ona görə dəniz suyunun kənarına ayaqyalın yox, çimərlik başmağı ilə yaxınlaşıb gəzin. Dəniz üçün tərlik ağac materialı, bambukdan olmalıdır.

Viruslar

Dənizdə çiməsən, dəniz suyu udmayasan? Ən azı bir -iki damcı dəniz suyu ağız boşluğuna düşəcək.Xüsusən uşaqlar bunu kontrol edə bilmir. Dəniz və hovuz suyunda bağırsaq çöpləri, enteroviruslar və xolera var. O halda bunlara yoluxmaya bilərsiz ki, xüsusi təchizatlı çimərliklərdə və hövzələrdə çimirsiz, hansı ki, orda sulardan laborarotiya sınaqları götürülür. Əgər getdiyiniz yerin suyunu heç kim yoxlamırsa, o zaman istənilən virusa hazır olun.

İltihabi proseslər

Daha çox bağırsaq, mədə və cinsi orqanların iltihabi xəstəlikləri rast gəlinir. Xüsusən kritik günlərdə dənizə girən qadınlar təhlükə altındadır. Çünki istər tampon, istər bez dəniz suyunu özünə hopduraraq, ordakı bakteriya və virusları cinsiyyət yollarına ötürür. Yaxşı olar ki, kritik gündə dənizə girməyəsiz.

Sistit

Yaş çimərlik geyimində və alt paltarında çox gəzmək, uzanmaq bəldə də isti çimərlikdə vecinizə olmur. Amma bu sidik kisəsini soyuqlada bilər. Ona görə çox qadınlar yayın sonu sistitlə üz-üzə qalır. Xüsusən əvvəlcədən sistiti olan insan üçün risk daha çoxdur. Yeganə yol dənizdən çıxan kimi dəyişik geyim geyinməkdir. Qız uşaqları və yeniyetmə qızlarda da sistitə yoluxma ehtimalını nəzərə alın. /olaylar.az/

# 988 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #