Məşhur aktyor yol qəzasına düşdü

Məşhur Amerika aktyoru Corc Kluni İtaliyanın Sardinya adasında rejissor və aktyor kimi iştirak etdiyi serialın çəkilişinə gedərkən yol qəzasına düşüb.

 

Kulis.azın verdiyi xəbərə görə, qəzaya səbəb Kluninin idarə etdiyi motosikletin qəfildən qarşıdan gələn avtomobillə toqquşması olub.

 

Avtomobilin sahibi tərəfindən xəstəxanaya çatdırılan 57 yaşlı aktyorun vəziyyətinin ağır olmadığı, amma hər ehtimala qarşı bir gün xəstəxanada saxlanılacağı bildirilib.

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018