Susuz qalmış şəhərdə qarpızla eşq yaşayanlar

Susuz qalmış şəhərdə qarpızla eşq yaşayanlar
7 iyul 2018
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Tsay Minlyanın “Şıltaq bulud” (2005) və Alex van Varmerdamın “Şnayder Baksa qarşı” (2015) filmlərini təqdim edir.

Tayvanlı rejissor Tsay Minlyanın “Şıltaq bulud” filmi 55-ci Berlin festivalında “Gümüş Ayı” mükafatına layiq görülüb. Film Tayvanla Fransanın birgə istehsalıdır.

Süjet: Tayvanda dəhşətli istilər, quraqlıqdır. Əhali suya olan tələbatını qarpızla ödəyir. Şəhərdə demək olar ki, qarpız havayı verilir. Belə bir su böhranı dövründə çoxmərtəbəli binada yaşayan Syao Kan (Li Kanşen) və Syansi (Çen Syansi) təsadüfən qarşılaşır. Qadın vaxtilə saat satan Syaonu tanıyır. Kişi hazırda porno filmlərdə çəkilir. Və onlar arasında sevgi macərası başlayır...

Kişi və qadın arasındakı sevgi münasibətləri su böhranı fonunda baş verir. Bütün şəhərin ümid yerinə çevrilən qarpız bu filmdə dramaturji elementə, iştirakçıya çevrilir. Hətta qadınla kişi cinsi münasibətdə olanda qarpız burada bir növ üçüncü tərəf kimi iştirak edir. Cinsi akt zamanı kişi qarpızı qadının ayaqları arasında sıxır. Qarpızın şirəsi qadının bədəninə yayılanda kişi susuzluğunu da, cinsi ehtirasını da onun vücudunda yatırır. Bu epizodda qadın (ehtirası söndürən) və qarpız (susuzluğu yatıran) iki həyat mənbəyi kimi birləşir. Başqa bir epizodda isə qadın qarpızla sanki kişiləyə öpüşürmüş kimi ehtirasla öpüşür. Rejissor qarpızı kinodilinə uğurlu element kimi daxil edə bilir.

“Şıltaq bulud” həm də müasir dövrdə ünsiyyətin çətinliyini, köhnə filmlər nostalgiyanı əks etdirir, müziklə xas tərzdən istifadə olunur.

Bu erotik müəllif filmi eyni zamanda novator ifadə vasitələrinə görə müxtəlif festivallarda mükafatlar alıb.

***

Holland rejissoru Alex Van Varmerdamın “Şnayder Baksa qarşı” filmi Lokarno festivalında əsas mükafata “Qızıl Qaplan” nominant olub. Film Hollandiya və Belçikanın birgə istehsalıdır.

Süjet: Təbiət qoynunda rahat, xudmani evdə gənc ailə yaşayır. Kübar görkəmli ev sahibəsi və iki az yaşlı qızı səhər erkəndən ailə başçısını yuxudan oyadıb doğum gününü təbrik edirlər. Ata Şnayder (Tom Devispilare) mehribanlıqla qızlarına sarılır, həyat yoldaşını öpür, ona axşam ziyafəti üçün nəzərdə tutulan yeməklərin hazırlanmasında yardım edəcəyini deyir.

Az sonra Şnayderə şefindən zəng gəlir, o növbəti qətli həyata keçirmək sifarişini alır. Killer Şnayder şəhərdən kənarda yaşayan yazıçı Baksı (Alex van Varmerdamı) qətlə yetirməlidir. Məlum olur ki, yazıçı Baks da ara-sıra sifarişli qətllər törədir. Və onların ümumi şefi Şnayderə onun digər işçisi Baksı öldürməyi tapşırıb…

Minimal ifadə vasitələri, tragikomik yumoru, radikal montajı ilə seçilən Varmerdam bu dəfə də tamaşçıya absurd, fars elementlərinin yükləndiyi heyrətamiz film təqdim edir. Əhvalatda hər epizod az qala bir peripetiya, gözlənilməz dramaturji dönüşdür.

İlk epizod ailə idilliyasının təsviri ilə başlayır. Şnayderin killer olması bəlli olanda ideal ailə tablosu dağılır.

Yaxud yazıçı Baksla tanış olduğumuz ilk səhnələrdə sadə, zövqlü interyer, məşhur yazıçıların kitabları yığılmış şkaf onun mədəni, sivil insan obrazını yaradır. Və Baksın ziyalı obrazı, eyni zamanda əsəbi, isterik qızının şıltaqlıqlarına dözən, qayğıkeş ata obrazı onun qaranlıq dünyası ilə tanış olanda dağılır.

Varmerdam demək olar ki, bütün filmlərində mədəni, kübar, intellektual təbəqənin nümayəndələrinin içindəki qaranlığı, terrora meylliliyi araşdırır, içlərindəki faşizmə fokuslanır.

Bu tendensiya digər müasir avropalı rejissorların Mixael Hanekenin, Ulrix Zaydlın filmlərində də yer alır.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film - “O qız çinlidir”

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Gürcü rejissorun Berlin festivalında mükafat alan filmi - ƏSL KİNO

İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi

İşə götürənlərə narkoman olduğunu deyən norveçli

Bu filmin aktyoru mafiya üzvü olduğuna görə 11 il həbsdə yatıb

Türk rejissorun almanları qəzəbləndirən filmi

Mobil telefonunu ailəsindən üstün tutan ata

Hamilə qadınları abort etdiyi üçün iki il həbsdə yatan qulluqçu

Mafiyanın öldürmək istədiyi jurnalist, türkləri "seksual ac" adlandıran avstriyalılar

Narkotik satıb insanları depressiyadan çıxardığına inanan ofisiant qız

Xərçəng olduğunu öyrənən qadının xəyanət arzusu

Xəstəlikdən əziyyət çəkən arvadını öldürdü

Həbsdə olan rus rejissorun xəyanətdən bəhs edən filmi

# 2614 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #