Beren Saat ona edilən təcavüzdən danışdı

Beren Saat ona edilən təcavüzdən danışdı
6 iyul 2018
# 13:44

Fransız qəzeti “Le Fiqaro”ya danışan aktrisa Beren Saat feminizm və cinsi istismar kimi mövzulardakı fikirlərini açıqlayıb.

“Uşaqları olan dostlarıma deyirəm. Əgər ölkənizin rahatlığı naminə töhfə vermək istəyirsinizsə, onları feminist ruhda yetişdirin. Feminizmdən qorxmayın.”

Beren Saat, Hollivud prodüseri Xarvi Vaynşteynin təcavüz qalmaqallarının ortaya çıxmasının ardından başlayan #metoo hərəkəti ilə bağlı suala cavab verərək fikirlərini belə açıqladı:

"O qadınların həmrəyliyinə heyranam. Bir neçə il əvvəl psixologiya tələbəsi Özgecan Aslanın ölümü ilə bənzər bir hərəkət Türkiyədə də başlandı. Misli görünməmiş bu vəhşilikdən sonra həmin gənc qız haqqında yazmağa və aksiyalara qoşulmağa qərar verdim. Daha sonra yavaş-yavaş öz təcrübələrimdən sosial mediada da bəhs etməyə başladım. Bir TV rəhbərinin mənə qarşı təcavüz etməsi və ya çəkiliş meydançasında mənimlə əylənmək istəyən aktyorların etdikləri manevrlər barədəki etiraflarımdan sonra bir çox qadının dilinin açılmasının, “mən də çarəsizəm” dediklərinin fərqinə vardım. Dünyadakı qadınların bu cür hərəkətlərə qoşulması və birlikdə olmaları məni şərəfləndirir. Qadınların bir araya gəlməsi, bütün bu müqavimətin birlikdə layihələrə rəhbərlik etməsi ilə bərabərliyi tapacağımızı da ümid edirəm”.

Feminizm kimi sonu “izm”lə bitən bəzi sözlərdən qorxduğunu vurğulayan aktrisanın fikirləri sosial şəbəkələrdə mübahisələrə səbəb olub.

# 1070 dəfə oxunub

Oxşar xəbərlər

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

09:00 25 aprel 2024
Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
# # #