Xalq artistimiz Çilidə opera oxuyacaq

 

İyulun 13-dən 23-dək Santyaqoda, Çili Milli Opera Teatrının səhnəsində Cakomo Puççininin “Toska” operası nümayiş etdiriləcək.

 

Səhnə əsərində Baron Skarpianın partiyasını Azərbaycanın Xalq Artisti Elçin Əzizov ifa edəcək.

 

2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb./azertag.az/

 

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018