Azərbaycan bəstəkarları xarici müsabiqədə qalib olublar

Azərbaycan bəstəkarları xarici müsabiqədə qalib olublar
9 iyul 2018
# 14:59

Azərbaycanlı bəstəkar Azər Hacıəsgərli Ukraynanın Kiyev və Odessa şəhərlərində keçirilən 8-ci "Səssiz gecələr" festivalına dəvət alıb.

Festivalda bir çox ölkələrdən musiqiçilər və musiqi kollektivləri iştirak ediblər. Həmyerlimiz britaniyalı rejissor Antony Asquithin 1928-ci ildə çəkdiyi “Yeraltı” (Undergound) filminə tam olaraq musiqi bəstələmək tapşırığı alıb. 28-30 iyun tarixlərində baş tutan festivalda açılışı da Azər Hacıəsgərli reallaşdırıb.

Ukraynanın kino-tetar.ua saytı A.Hacıəsgərli haqda “Səssiz qayıdış” məqaləsində yazır: “Diqqətəlayiq azərbaycanlı bəstəkar Azər Hacıəsgərli Ukraynada keçirilən Envision Sound proqramının kəşfi oldu. O, saundtrek üzərində işə heyrətamz çalışqanlıqla və kinomateriala hədsiz sayğıyla yanaşıb. Bəstəkarın musiqisi demək olar ki, hər kadrı izləyir, hər qəhrəman özünün musiqi temasına fiksə edilib, filmin dramaturji xətti isə son dərəcə riyazi dəqiqliklə qurulmuş musiqi düzümü ilə müşayiət olunur, saundtrek həqiqətən təsvirə çevrilir.

Qeyd edək ki, Azər Hacıəsgərli ötən il Ukraynada “British Council” və “Dovjenko Kino mərkəzi”nin dəstəyi ilə kino bəstəkarları üçün elan olunmuş müsabiqəyə qatılıb. Müsaqbiqəyə MDB ölkələrindən kinofilmlərdə çalışan bəstəkarlar müraciət edə bilərdilər.

50-yə yaxın iştirakçı arasından Azərbaycandan 2 bəstəkar, ümumilikdə isə 13 bəstəkar qalib olaraq, xüsusi təhsil və inkişaf proqramına dəvət aldı.

Fevralda keçirilən seminarda Ukraynanın tanınmış bəstəkarı Alla Zaqaykeviç və britaniyalı kino bəstəkarı Michael Price, öz təcrübələrini bölüşərək, iştirakçıların yazdığı musiqi parçaları ilə tanış olublar.

# 1047 dəfə oxunub

Oxşar xəbərlər

Cəlil Cavanşir oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

Cəlil Cavanşir oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

11:30 25 aprel 2024
"Tütək səsi" bədii filmi nümayiş olunacaq

"Tütək səsi" bədii filmi nümayiş olunacaq

11:00 25 aprel 2024
“Qədim incəsənətin şah əsərləri”  sərgisi açıldı

“Qədim incəsənətin şah əsərləri” sərgisi açıldı

10:40 25 aprel 2024
Şayamalanın "Tələ"si - Treyler

Şayamalanın "Tələ"si - Treyler

10:20 25 aprel 2024
Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

09:00 25 aprel 2024
Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
#
#
# # #