Kraliça öz dəfn mərasimində iştirak etdi - FOTOLAR

Kraliça öz dəfn mərasimində iştirak etdi - FOTOLAR
3 iyul 2018
# 15:30

İngiltərə kraliçası II Elizabetin dəfn məşqi icra olundu.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 92 yaşındakı kraliça dəfn məşqinin olacağını əvvəlcədən bildirmişdi.

Səhhətində problemlər yaşayan II Elizabetin dəfn planı “London Bridge” adlanır. Onun planına görə, ölümündən sonra Böyük Britaniya baş naziri Teresa May çıxış edəcək və 10 gün yas elan olunacaq. Dəfn məşqində bütün rəsmi adamların iştirakı gözlənilir.

Elizabetin “dəfni”ndə siyasətçilər ictimaiyyət nümayəndələri ilə görüşəcək, daha sonra isə Teresa May xalqa səslənəcək.

“London Bridge” planı kraliçanın St Pauls Katedralında qatıldığı bir mərasim sırasında səhhətinin pisləşməsinin ardından hazırlanıb. Buckingam sarayından verilən açıqlamaya görə, kraliçanın səhhətində ciddi bir problem yoxdur və bu səbəblə həkim çağırılmayıb.

Kraliçanın “dəfni”nə BBC də ciddi hazırlıqlar görüb. Ən məşhur aparıcılar Elizabetin ölümündən sonra süjetlər çəkib.

BBC kraliçanın ölüm elanını bildirəcək və daha sonra himn oxunacaq, bütün kanallar kraliçanın şəklini arxa fona yerləşdirəcək. Bundan başqa, tünd rəngdə kostyum geyinən aparıcılar ağ köynək geyinib üzərindən qara qalstuk taxacaqlar. Elandan sonra olacaq cənazə mərasiminə qədər isə televiziyaların yayım siyasəti dəyişdiriləcək və əyləncə proqramları aradan qaldırılacaq. Televiziya və radio verilişlərində kraliçanın öldüyü rəsmi açıqlandıqdan sonra efirə veriləcək duyğusal mahnılar siyahısı da hazırlanıb.

Xatırladaq ki, II Elizabet Böyük Britaniyanın ən uzun müddət taxtda oturan rəhbəridir.

# 874 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #