“Uğur məktəbi” təqdim ediləcək

ARB “Aran Film” Yaradıcılıq Mərkəzinin ərsəyə gətirdiyi “Uğur məktəbi” sənədli filmin təqdimatı keçiriləcək.

 

Kulis.azın məlumatına görə təqdimat 29 iyun saat 12:00-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin konsert zalında olacaq.

 

Ekran əsərində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fəaliyyətindən, uğurlarından, yetişdirdiyi tələbələrin xarici ölkələrdə qazandığı nailiyyətlərdən bəhs edilir.

 

Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatorları Rafiq Əliyev, Habil Muğanlı və Fahir Səmədoğlu, məsləhətçisi  Respublikanın əməkdar artisti Əziz Qarayusifli, icraçı prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, prodüseri İqbal Məmmədəliyevdir.

 

 

LENT

19 İyul 2018
18 İyul 2018
17 İyul 2018
16 İyul 2018