Dünyanın ən uca zirvəsi zibillik içində - FOTOLAR

Dünyanın ən uca zirvəsi zibillik içində - <span style="color:red;">FOTOLAR
25 iyun 2018
# 15:31

“Zirvəni fəth etmək” deyərkən zirvədə inanılmaz gözəl mənzərələr xəyal edirsiniz. Amma gerçək mənzərə başqadır. Gün işığını əks etdirən çadırlar, alpinist ləvazimatları, boş kanistrlər, insan ifrazatları 8848 metrlik hündürlük zirvəsində rastlaya biləcəyiniz mənzərədir.

Kulis.az- dünyanın ən hündür zirvəsi haqqında faktları və fotoları təqdim edir.

Dünyanın ən hündür zirvəsi həm də planetin ən hündür zibilliyi imiş. Zirvəni fəth etmək istəyən alpinistlərin sayı ilbəil artır. 2018-ci il başlayandan Everestə 600 adam qalxmağa nail olub. Bu rəqəmlərlə zirvədəki zibillik də artır.

“Dağı tonlarla zibil basıb.” Nepallı alpinist Pemba Corce deyir. Zirvədə və yə zirvəyə qalxan yolda həlak olmuş alpinistlərin cəsədləri də orada qalır. Bu azmış kimi, əriyən buzlaqlar 65 il əvvəlki zibillərin üstünü açıb. Bunlar Everesti ilk fəyth edən Edmund Xillari və Tensinq Norgeyin dövründən qalan zibillərdir.

Beş il əvvəl Nepal hökuməti dağdan ən azı 8 kq zibil gətirən istənilən komandaya dörd min dollar depozit vəd etdi. Himalayın Tibet tərəfində isə geri zibil gətirməyənləri hər kiloqrama yüz dollar cərimə gözləyir.

Эверест

Saqarmatxi çirklənmə ilə mübarizə komitəsinin nəticələrinə görə, 2017-ci ildə Nepalda alpinistlər 25 ton zibil və 15 ton insan tullantıları gətiriblər. Bu mövsümdə isə daha çox zibil gətirilib. Lakin bu yuxarıdakı zibilliyin kiçik bir hissəsidir.

Bir çox alpinistləri ümumiyyətlə səyahətə xərclədikləri 20-100 min dolların qarşılığında hesablanan depozitə diqqət göstərmirlər. Bundan əlavə, hökumət nümayəndələri rüşvət alır və alpinistlərə cərimə tətbiq etmirlər.

Everestə qalxma sənayesi son 20 ildə əhəmiyyətli dərəcədə artıb . Təşkilatçıar təcrübəsiz insanlardan ibarət ucuz ekspedisiyalar toplayırlar. Bu özü də zibil problemini dərinləşdirir.

Жуткие кадры с горы смерти: во что превращается Эверест (ФОТО)

Ekoloqlar çirklənmənin su mənbələrinə təsir edəcəyindən ehtiyatlanırlar. Hazırda mənbəyini düşərgələrdən birindən götürən su böyük bir xəndəyə yönəldilib. Lakin yağış mövsümündə o çaya axıb töküləcək.

Mütəxəssislər Everestdə Bioqaz qurğusunu quraşdırmaq istəyir ki, nəcis ifrazatı faydalı gübrəyə çevirsin. Problemin digər həll yolu zibilyığan komandalar ola bilər.

# 2816 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

14:30 23 aprel 2024
“Qonaq Teatr”  layihəsi çərçivəsində növbəti tamaşa

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

14:00 23 aprel 2024
Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı  keçiriləcək

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

13:30 23 aprel 2024
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olundu

İntiqam Yaşarın yeni şeirlər kitabı çap olundu

13:00 23 aprel 2024
"Prodüserlərin yüksəlişi" təliminin  iştirakçiları layihələrini təqdim etdilər

"Prodüserlərin yüksəlişi" təliminin iştirakçiları layihələrini təqdim etdilər

12:30 23 aprel 2024
"Azərbaycanda Rusiya kinosu günləri" keçiriləcək

"Azərbaycanda Rusiya kinosu günləri" keçiriləcək

12:00 23 aprel 2024
# # #