Yoxluğun böyük şairi – Fransız şair Məmməd İsmayıldan yazdı

<span style="color:red;">Yoxluğun böyük şairi  – Fransız şair Məmməd İsmayıldan yazdı
25 iyun 2018
# 17:33

Kulis.az Məmməd İsmayılın Fransada çap olunan “Əbədiyyət yolçusu” (Le voyageur de L’eternıte) adlı şeirlər kitabına fransız yazıçı Thracy dən Athanasius Vantchevin yazdığı ön sözü təqdim edir.

Məmməd İsmayıl Azərbaycanın ən önəmli şairlərindən biridir. Möhtəşəm nailiyyətlər və dəhşətli sınaqlarla dolu olan həyatı, ona ilham verən alovlu şeir qaynağı olmuş. Yüksək ilhamı, bu yolda çəkilən əzablar, inadkar axtarışlar qələmin lütfü ilə ucaldılmış duyğular əsil sənət əsərlərinə çevrilmiş, şairin mənəvi uçuşa səbəb olmuşdur.

Məmməd İsmayıl, bütün yaradıcılığı boyu yoxluğun böyük şairi oldu. Gələcəyin böyük şairi hələ ilk qədəmlərini atanda üzünü yaddaşında qalacaq dərəcədə belə görmədiyi atası cəbhələrdə həlak oldu. Ata yoxluğu! Şairə həm atalıq, həm də analıq edən tək övladını təkbaşına böyüdən ananın zamansız ölümü - Ana yoxluğu! Nəhayət bu yoxluqlara bir də canı qədər sevdiyi vətən yoxluğunun əlavə olunması?! Vətən üçün bir bu qədər iş görə-görə və bu sevgisinə görə vətəndən uzaq düşməsi, Vətən yoxluğu-yoxluqların zirvəsi! Amma o, qürbətdə də nəfəsini vətənlə alır, çünki qürbət yalnız qaranlıq tərəfdir, həmişə xatirələrin ən işıqlı yeri olan Vətənin qaranlıq tərəfi!

Məmməd İsmayıl, dünyaya və varlıqlara olan düşüncələrini fərqli, iddialı və musiqili bir dildə ifadə edir (Təsadüfü deyil ki, bu fərqlilik onun yüzlərcə şeirinin nəğməyə çevrilməsinə səbəb olmuşdur). Mən Azərbaycan türkçəsini bilmirəm, ama ona yaxın olan Türkiyə Türkçəsini bildiyimdən, şairin şeirlərinin qafiyə və allitrasyalarının zənginliyini, sözlərinin virtouz düzənini yetərincə hiss edirəm. Şairin öz dilinə olan böyük sevgisi, ona şerin bütün imkanlarından istifadə etməkdə yardımçı olur.

Məmməd İsmayıl söhbətləri zamanı əcdadlarının yaratdığı ənənələrin yaşadılmasının atəşli tərəfdarıdır. Onun bütün yaradıcılığı "Azərbaycan dilinin müdafiəsi və nümunəsi" kimi diqqətə layiqdir. Minillik aşıq ənənəsindən yola çıxan şair, sadəcə bu ənənəni davam etdirməmiş, Azərbaycan şerinə yepyeni standartlar da gətirmişdir. Məmməd İsmayıl , əsərlərinin müstəsna keyfiyyətinə və ucalığına görə beynəlxalq səviyyədə tanınmış bir şairdir, Azərbaycan mədəniyyətinin yorulmaz səfiri və cazibədar poeziyasının bayraqdarıdır.

Thracy dən Athanasius Vantchev

Paris, Aprel 2018

# 1006 dəfə oxunub

Oxşar xəbərlər

Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #