Milli Orduya həsr olunmuş sərgi keçiriləcək

Milli Orduya həsr olunmuş sərgi keçiriləcək
22 iyun 2018
# 11:17

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş sərgi keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, “Ordum varsa, yurdum var!” adlanan sərgidə Azərbaycan döyüşçülərinin nadir hərbi uniformaları, aksessuar və ləvazimatlar nümayiş olunacaq.

Sərgilənən eksponatları arasında ilk dəfə olaraq SSRİ Silahlı Qüvvələrinin Həsən gölü və Xalxin-Qol döyüşləri, Sovet-Fin müharibəsi dövrünün avto-zirehli qoşunları leytenantının tam uniforması nümayiş olunacaq. Xatırladaq ki, Qızıl Ordu tərkibində xidmət edən azərbaycanlılar 1937-1940-cı illərdə adı çəkilən döyüşlərdə iştirak etmiş, orden və medallarla təltif olunmuşdular.

Həmçinin sərgidə ilk dəfə olaraq Sovet İttifaqı Qəhrəmanı, polkovnik Aslan Vəzirovun komandiri olduğu 1-ci qvardiya həmlə mühəndis-istehkam briqadasının qızıl əsgərinin tam uniforması və hərbi ləvazimatı tamaşaçılara təqdim ediləcək.

Sərgidə ilk dəfə olaraq nümayiş olunan eksponatlardan biri də Qafqazdan Berlinədək döyüş yolu keçmiş, Berlinin rəmzi sayılan Brandenburq darvazalarına al bayraq sancmış milli Azərbaycan hərbi hissəsi olan 416-cı atıcı Taqanroq Qırmızıbayraqlı, Suvorov ordenli diviziyasının mayorunun tam uniformasıdır. Nümayiş olunacaq uniforma və ləvazimat Azad Hüseynovun fərdi kolleksiyasından sərgi üçün təqdim olunub.

# 897 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
# # #