Xərçəng olduğunu öyrənən qadının xəyanət arzusu

Xərçəng olduğunu öyrənən qadının xəyanət arzusu
16 iyun 2018
# 10:00

Kulis.az “Əsl kino” layihəsində Riçard Linkleyterin “Yeniyetməlik” (2014) və İzabel Koyşetin “Mənim mənsiz həyatım” (2003) filmlərini təqdim edir.

Amerika müstəqil kinosunun nümayəndələrindən biri Riçard Linkleyterin “Yeniyetməlik” dramı 64-cü Berlin kinofestivalında “Ən yaxşı rejissor” işinə görə “Gümüş Ayı” mükafatına layiq görülüb. Və Oskara altı nominasiyada irəli sürülüb.

Süjet: Film 8 yaşlı Meysonun (Ellar Koltreyn) uşaqlığından və yeniyetməilk illərindən bəhs edir. Onun valideynləri ayrılır. Atası (İtan Houk) içki düşkünü olduğu üçün anası Oliviya (Patrisiya Arkett) onu tərk edir. Meyson bacısı Samanta (Loreley Linkleyter) ilə anasının himayəsində yaşayır.

Atası ikinci dəfə ailə qursa da, yenə alınmır.

Valideynlər arasında problemə rəğmən qardaş və bacı öz uşaqlıq qayğılarını yaşayır, yaşa dolduqca yeni təcrübələr qazanırlar. Meyson musiqi, Harri Potter, “Ulduzlar müharibəsi” filmi ilə maraqlanır, ilk içkisini içir, ilk dəfə marixuana çəkir, sevgili seçir. Gün gəlir, Meyson kollecə daxil olur. Və o yeni həyat üçün evi tərk etməlidir...

Linkleyterin “Yeniyetməlik” filmi bir növ eksperimental xarakter daşıyır. Rejissor 10 ildən çox bu film üzərində işləyib. Balaca qəhrəmanlarını yeniyetməlik dövrünə kimi təqib edib. Sadə Amerika ailəsinin gündəlik, sıradan həyatı fonunda o, həm də insan, valideyn-övlad münasibətlərindən tutmuş Amerikanın İraqa müdaxiləsinə, siyasətə kimi çox mövzulara toxunur. Eyni zamanda müasir Amerikanın ictimai-siyasi ovqatını fiksə edir. Linkleyterin on iki il ərzində ortaya qoyduğu bu mükəmməl film onun rejissor kimi bütövlüyünü, çətin kinoprosesini gerçəkdən, içdən yaşadığını göstərir.

“Yeniyetməlik” qəhrəmanların müxtəlif illərdə həyatının ayrı-ayrı fraqmentlərdən bütöv bir kompozisiya kimi hörülmüş, tipik Hollivud kino dilindən arınmış, təmiz, iddiasız və qəlbə toxunan ekzistensial dramdır. Sonda Meysonun evi tərk etməsi, anasının bu qərarını məyusluqla qarşılaması səhnəsi, övladlarının öz həyatını qurmaq üçün ailədən ayrılması “həyat hər şey və eyni zamanda bir heçdir” kimi fani ovqatı ötürür.

2002-ci ildə başlayan çəkilişlər 2014-cü ildə bitib. Baş rolu oynayan Ellar Koltreynlə müqavilə imzalanıb ki, çəkilişlər bitənədək o heç kəslə əvəz olunmayacaq. Samanta rolunu isə rejissorun qızı Loreley oynayıb. Film dəqiq ssenari olmadan çəkilib.

***

İspan rejissoru İzabel Koyşetin Qoyya mükafatı alan “Mənim mənsiz həyatım” dramı amerikalı yazıçı Nensi Kinkeydin əsəri əsasında çəkilib.

Süjet: Əhvalatın qəhrəmanı 23 yaşlı Enndir (Sara Polli). O, məktəbdə xadimə işləyir, iki qızı və işsiz əri ilə yaşayır. Qonşuluğunda yaşayan anası ilə münasibətləri o qədər hamar deyil. Atası isə on ildən artıqdır həbsxanada yatır.

Tibbi müayinə zamanı onun yumurtalığında xərçəng tapılır, ancaq müalicə üçün artıq gecdir. Həkim Ennin ömrünə iki ay qaldığını söyləyir. O, ailəsini üzməmək üçün xəstəliyi barədə demir, dərmanlardan imtina edir. Və ölümqabağı nələr edəcəyini siyahısını tutur: yeni saç düzümü etmək, dırnaqlarını düzlətmək, atasını həbsdə yoluxmaq, qızlarının 18 yaşı tamam olanadək ad günü təbriklərini yazmaq, narkotik maddə qəbul etmək, başqa kişilərlə sevişmək, ərinə arvad, uşaqlarına onların qayğısına qalacaq ana tapmaq...

Bu filmlə rejissor ilk növbədə çıxılmaz vəziyyətdə qalan insanın necə reaksiyanı, davranışı tədqiq edir.

Özəlliklə də ölmək faktı qarşısında qalan gənc qadının duğyularını təsvir edir. Amma İzabel Koyşet tamaşaçını ağırlıqla yükləmir, depressiv əhvalat qurmur. Əksinə kədərli hekayənin içində qadının dayanıqlığını, həyat sevgisini əsas motivə çevirir. Hər an ölümlə üzləşəcək insanın həyatını dəyərləndirməyə çağırır.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film - “O qız çinlidir”

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Gürcü rejissorun Berlin festivalında mükafat alan filmi - ƏSL KİNO

İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi

İşə götürənlərə narkoman olduğunu deyən norveçli

Bu filmin aktyoru mafiya üzvü olduğuna görə 11 il həbsdə yatıb

Türk rejissorun almanları qəzəbləndirən filmi

Mobil telefonunu ailəsindən üstün tutan ata

Hamilə qadınları abort etdiyi üçün iki il həbsdə yatan qulluqçu

Mafiyanın öldürmək istədiyi jurnalist, türkləri "seksual ac" adlandıran avstriyalılar

Narkotik satıb insanları depressiyadan çıxardığına inanan ofisiant qız

# 1649 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #