Əbülfəs Qarayev: “Auditoriya Qarabağ haqqında çəkilən filmlərə baxmır”

Əbülfəs Qarayev: “Auditoriya Qarabağ haqqında çəkilən filmlərə baxmır”
13 iyun 2018
# 17:21

“Bütün kino sənayesini maliyyələşdirməyə və saxlamağa dövlətin imkanı yoxdur”.

Kulis.azın APA-ya istinadən verdiyi məlumata görə bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycan filmləri son illərdə 152 beynəlxalq festivalda iştirak edib:

“Bu festivalların 50-dən çoxundan mükafatlar almışıq. Festivalların siyahısı müxtəlifdir. Onların arasında bədii, sənədli, etnoqrafik film festivalları var. Kann Film Festivalında Azərbaycan neçə illərdir öz pavilyonu ilə çıxış edir. Bizim bir neçə qısa metrajlı film Kann festivalında proqramda iştirak edib. Bu, çox müsbət nəticədir. Bu festivalın çoxlu şərtləri var. Biz onları bilirik və bu haqda düşünürük. Azərbaycanda bir neçə filmin festival proqramına daxil olmasının arzusundayıq. Lakin şərtlər var ki, həmin filmlər bir-iki il müddətində çəkilməlidir. Ondan əvvəl çəkilən filmləri biz təqdim edə bilmirik”.

Nazir əlavə edib ki, hazırda film istehsal davam edir, ciddi filmlərin istehsalı haqqında düşünülməlidir: “Paralel olaraq, bizim cəmiyyətimiz də buna hazır olmalıdır. Aşağı səviyyəli, düşüncəsiz, mənasız filmlərə aldanmamalıdır. Bəzən yüngül komediyaların arxasınca qaçan auditoriya Qarabağ haqqında, vətənpərvərlik haqqında çəkilən filmlərə baxmır”.

# 1104 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
#
#
# # #